DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > Ebrudan Zərrabla bağlı Ərdoğana şikayət - “Türkiyəyə zərər verə bilər”

Ebrudan Zərrabla bağlı Ərdoğana şikayət - “Türkiyəyə zərər verə bilər”


1-12-2017, 23:47. Yerləşdirdi: sefa Ebrudan Zərrabla bağlı Ərdoğana şikayət - “Türkiyəyə zərər verə bilər”Türkiyəli müğənni Ebru Gündəş ABŞ-da həbsxanada olan həyat yoldaşı Rza Zərrabla bağlı narahatlığını prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafına çatdırıb.

Xalqinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı həyat yoldaşına güvənmədiyini və onun Türkiyəyə zərər verə biləcəyindən ehtiyat etdiyini bildirib.

“Həyat yoldaşımın ABŞ-a getməyi adi bir hadisə deyil. Türkiyəyə zərər verəcək mövqe tuta bilər”, - deyə E. Gündeş vurğulayıb.

Ərdoğan isə cavabında “Dəstəmazımdan şübhəm yoxdur ki, namazımdan şübhəm olsun” deyib.

Qeyd edək ki, bank fırıldaqçılığı və “çirkli pulların yuyulması”nda ittiham edilən iş adamı 2016-cı ilin martından etibarən ABŞ-da həbsdədir.

Cütlüyün boşanacağı barədə mediada tez-tez xəbərlər yayılır.
Geri qayıt