DataLife Engine > Şou > "Kənd sakini məndən şikayət ərizəsi yazıb" -

"Kənd sakini məndən şikayət ərizəsi yazıb" -


22-11-2017, 17:27. Yerləşdirdi: sefa "Kənd sakini məndən şikayət ərizəsi yazıb" -
Əməkdar artist Elnarə Abdullayeva “ARB TV”-nin “Səhər-səhər” verilişinin qonağı olub.

Xalqinfo.az xəbər verir ki, xanəndə kəndə su çəkdirdikdən sonra Mirzəli adlı kişinin onunla bağlı polisə şikayət ərizəsi yazdığını bildirib.

“Bizim kənddə su olmayıb. Şükür Allaha, artıq iki ildir su gəlir. Bizim kənddə bir nəfər var. Tez-tez mənim barəmdə polisə ərizə yazır. Deyir ki, ağacları kəsdirib, ora su çəkdirmişəm. Həmin ərazidə ağac deyil, kol-kos olub. Mən o bulaqdan bir qurtum da su içmirəm. Bunu susuz camaat üçün etdirmişəm.

Bir gün həmin kişini təhqir etdim. Bir də belə hərəkət edərsə, camaat onu kənddən çıxaracaq”, - deyə ifaçı qeyd edib.
Geri qayıt