DataLife Engine > Şou > Aygünün yeni görünüşü tənqid olundu -

Aygünün yeni görünüşü tənqid olundu -


22-11-2017, 15:46. Yerləşdirdi: sefa Aygünün yeni görünüşü tənqid olundu -
Xalq artisti Aygün Kazımova plastik əməliyyatdan sonrakı fotoları tənqid olunub. 3 dəfə estetik cərahiyyəyə üz tutan müğənni yeni fotosessiyası üçün kamera qarşısına keçib.

“Xalqinfo” xəbər verir ki, Aygün yarım milyon izləyicisi olan instaqramda yeni görünüşünü tam əks etdirən paylaşımlar edib. Pop ulduzun fit və cazibədar görünüşü diqqətdən yayınmayıb.

Lakin sənətçi yenə də tənqid atəşinə tutulub. Sosial şəbəkə istifadəçiləri onu estetik əməliyyat keçirdiyi üçün qınayıb. Hətta, onlardan bir neçəsi Kazımovanın konsertində ağlaması barədə suallar verib.

Xalq artisti “Məni səhnədə ağladan başqa sevgi idi. Sənətə olan sevgim” – deyə onlara cavab verib.

Bundan başqa, müğənni tənqidlərdən sonra yazılan rəyləri silməyib və paylaşımlardakı şərh bölməsini deaktiv etməyib.

Aygünün yeni görünüşü tənqid olundu -
Geri qayıt