DataLife Engine > Şou > “Survivor All Star”da yer alacaq daha 3 iştirakçı məlum oldu

“Survivor All Star”da yer alacaq daha 3 iştirakçı məlum oldu


16-11-2017, 21:34. Yerləşdirdi: sefa “Survivor All Star”da yer alacaq daha 3 iştirakçı məlum oldu
Xəbər verdiyimiz kimi, TV8-də yayımlanan “Survivor Türkiyə” yarışmasının növbəti mövsümündə daha öncəki mövsümlərdə məşhurlar komandasında yer almış ən güclülərdən ibarət “All Star” komandası qurulacaq.

“Xalqinfo” xəbər verir ki, veriliş aparıcısı Acun Ilıcalı bu komandada yarışacaq daha 3 iştirakçının adını sosial mediadan açıqlayıb.

Bunlar Səma Aydəmir, Mərvə Aydın və Nagihan Qaradərədir.

Qeyd edək ki, daha öncə Turabinin də həmin komandada olacağı açıqlanmışdı.

İğdırdan İstanbula yarış üçün piyada gedən Cumali Akgülün də “Könüllülər” komandasında olacağı da bir neçə həftə öncə dəqiqləşmişdi.
Geri qayıt