DataLife Engine > Şou > "AST Telman"ın dostu olan müğənni:

"AST Telman"ın dostu olan müğənni:


16-11-2017, 19:36. Yerləşdirdi: sefa "AST Telman"ın dostu olan müğənni:
Son günlər “AST” Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov mətbuatın gündəmindən düşmür. Moskvanın Basman Rayon Məhkəməsi “AST Telman”ın barəsində qiyabi həbs qərarı verib. İş adamı məhkəmə qərarından sonra beynəlxalq axtarışa verilib. Onun Fransada gizləndiyi bildirilir.

Biznesmen haqqında müxtəlif iddialar da səsləndirilir. T.İsmayılov səkkiz qətlin təşkilində ittiham olunur. Təsdiqlənməmiş məlumatlara görə, onun bir universitetin prorektorunun və məmur qadının qətlində əli var. O, müğənni Avraam Russoya sui-qəsd hazırlamaqda da ittiham olunur.

Adı bir çox qalmaqallarda hallanan iş adamının eyni zamanda azərbaycanlı müğənnilərin dostu olduğu da heç kimə sirr deyil. Böyük məbləğ qarşılığında onun təşkil etdiyi məclislərdə oxuyan kim, onunla illərlə dostluq edən kim...

Müğənni Abbas Bağırov, müğənni Xəyyam Nisanov, meyxanaçı Namiq Qaraçuxurlu, teleaparıcı Zaur Baxşəliyev, İlham Mirzəyev iş adamının yaxın dostları siyahısındadır. T.İsmayılovun onlara həm maddi, həm də mənəvi dəstək olduğu haqqnda müxtəlif fikirlər də yayılıb.

Bir neçə il əvvəl İ.Mirzəyev iş adamının ona sərvət dəyərində hədiyyə bağışladığını da etiraf etmişdi: "Sağ olsun, yaxşı insanlar. Nə yaxşı ki, bu dünyada yaxşı insanlar var. Telman bəy mənim onun otelində dincəldiyimdən xəbər tutduqda öz diqqət və qayğısını bizdən əsirgəmədi. Qızıl və gümüşlə işlənmiş əl işi olan müqəddəs Quran kitabı və "Mardan Palace"ın leybolu qızıl əqrəb bağışlayıb. Hündürlüyü 40 sm, eni 20 sm ölçülü qızıl əqrəbin çəkisi təxminən 500 qramdır. Telman İsmayılov mənim Allah adamı olduğumu görüb, mənə belə bir gözəl hədiyyəni etdi. Bu Quranın qiyməti yoxdur. Çünki əl işidir və kitabın üzəri əl işi ilə qızıl və gümüşlə işlənib, vərəqləri qızıl suyuna salınıb. Qabı bütünlüklə qızıl və gümüşdən ibarətdir. Xüsusi olaraq hazırlanmış bu müqəddəs kitabın qiyməti yoxdur".

Bəs, tanınmışlar hazırda çətin durumda olan Telman İsmayılov haqqında niyə susurlar? Heç onunla maraqlanırlarmı?

Musavat.com məsələ ilə bağlı müğənnilərin fikrini öyrənməyə çalışıb.

Müğənni Abbas Bağırov bildirib ki, 10 ildir ki, Telman İsmayılovu görmür: “Onun başına gələnlərdən xəbərim var. Amma özü ilə əlaqə saxlamamışam. 10 ildir ki, Telman İsmayılovu görmürəm. Allah köməyi olsun”.

Müğənni Xəyyam Nisanov isə məsələ barədə danışmaq istəmədiyini deyib: “Mən müğənniyəm. Mənə sənətimdən sual verin. Soruşun ki, mahnı yazdırmışam, klip çəkdirmişəm? Başqa suallara cavab vermirəm”.


Geri qayıt