DataLife Engine > Şou > Zaur Kamal mərcdə 4500 manat uduzdu

Zaur Kamal mərcdə 4500 manat uduzdu


15-11-2017, 18:05. Yerləşdirdi: sefa Zaur Kamal mərcdə 4500 manat uduzdu
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamal canlı yayımda Əməkdar artist Nüşabə Ələsgərli ilə mərc edərək uduzub.

Oxu.Az xəbər verir ki, teleaparıcı müğənninin 90 kiloqram olduğunu söyləyib. Buna etiraz edən N.Ələsgərli çəkisinin 72 kiloqram olduğunu bildirib. Aparıcı ilə müğənni canlı yayımda mərcə girib. Z.Kamal qeyd edib ki, əgər N.Ələsgərli 90 kiloqram olmadığını sübut etsə, ona 5 min dollar verəcək. Ötən gün yayımlanan “5-də 5” verilişində müğənni yenidən tərəziyə çıxıb və 77 kq olduğu məlum olub. Çəkisini beş kiloqram yanlış söylədiyi üçün aparıcı 5000 deyil, 4500 manatı canlı yayımda Nüşabə Ələsgərliyə verib.
Geri qayıt