DataLife Engine > Şou > Acunun arvadına görə 3 qadın tutuldu -

Acunun arvadına görə 3 qadın tutuldu -


13-11-2017, 15:57. Yerləşdirdi: sefa Acunun arvadına görə 3 qadın tutuldu -
Acun Ilıcalı ilə bir müddət əvvəl evlənən Şeyma Subaşının başına iş gəlib.

Xalqinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Subaşını sosial mediada təhqir edən, montaj olunmuş videolarını yayan 3 xanım polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı 15 nəfərin kimliyi də məlum olub və axtarışa verilib. İstanbul Prokurorluğu açdığı cinayət işindən sonra Mersində əməliyyat keçirib. Əməliyyat zamanı Yeşim. N və İlknur. R adlı xanımlar polis tərəfinən nəzarətə götürülüb. Yeşim. N dəlilləri məhv etmək üçün notbukunu sındırmağa çalışsa da, buna nail ola bilməyib. Bundan sonra, digər bir xanım da həbs edilib.

Həmçinin, Canan . K adlı şəxsin bir müddət əvvəl xaricə qaçdığı məlum olub. O, Interpol vasitəsiylə axtarışa verilib.


Geri qayıt