DataLife Engine > Şou > “Ebru kişi olduğumu görüb şoka düşdü…”

“Ebru kişi olduğumu görüb şoka düşdü…”


2-11-2017, 17:10. Yerləşdirdi: sefa “Ebru kişi olduğumu görüb şoka düşdü…”
Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç Pal FM-də Ebru Gündeşlə bağlı maraqlı açıqlamalar verib.

“Xalqinfo” xəbər verir ki, ifaçı həmkarı ilə tanışlıq prosesindən söz açıb. Sərdar deyib ki, Ebru onu radioda dinləyib və ifa edənin qadın olduğunu düşünüb:

“Mən rəhmətlik Kayahan ilə radioda müsahibə verirdim. Bu zaman Ebru Gündeş 1-ci Körpüdə bizə qulaq asırmış. “Kimdir bu qadın? Gedib görməliyəm” deyib. Mənim üçün radioya gəlmişdi. Təxminən hadisə 1993-cü ildə baş vermişdi. Ebru mənim kişi olduğumu görüb şoka düşmüşdü”.


Geri qayıt