DataLife Engine > Şou > Acun Yıldız Tilbeni müdafiə etdi

Acun Yıldız Tilbeni müdafiə etdi


14-10-2017, 19:49. Yerləşdirdi: sefa Acun Yıldız Tilbeni müdafiə etdi
Xəbər verdiyimiz kimi, “O səs Türkiyə” yarışmasında münsiflərdən Yıldız Tilbe və Gökhan Özoğuz arasında mübahisə yaşanıb.

“Xalqinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Y.Tilbenin balkan mahnıları oxuyan iştirakçıya “Sən türk imişsən, belə olduğunu bilsəydim, dönərdim. Elə bildim xarici vətəndaşsan” deməsi Gökhanı özündən çıxarıb.

O, “Yarışmaya xarici vətəndaşlar da gəlir. Niyə bəyənmirsən” söyləyərək həmkarına etirazını bildirib.

Acun Yıldız Tilbeni müdafiə etdi

Verilişin aparıcısı Acun Ilıcalı sosial mediada məsələyə münasibət bildirib və Yıldız Tilbeni müdafiə edib:

“Yıldız Tilbe xarici dil bilmədiyini, buna görə də əcnəbi dildə oxuyan iştirakçılara dönmədiyini sööyləyib. Səmimi söylənən ifadənin “irqçiliklə” nə əlaqəsi ola bilər? Birinə irqçi damğası vurmağa çalışma iftiradır və əxlaqdan kənardır”.


Geri qayıt