Lamiyə işdən çıxmağından danışdı -
29-07-2017, 09:53. Yerləşdirdi: sefa
Teleaparıcı Lamiyə Ələkbərova Lider TV-də vəzifəsindən azad olunması barədə yayılan xəbərlərə münasibət bildirib.
“Xalqinfo” xəbər verir ki, L. Ələkbərova rəsmi instaqram səhifəsində paylaşım edərək yayılan xəbərləri təkizb edib:
“Diqqətiniz məndə olsun. İki gündür ki, susub sizə baxıram. Yazılanları oxuyuram, təəccüblənirəm. Mətbuatda nə baş verir? Reytinq naminə bu qədər şər-böhtan atmaq olar? Sosial şəbəkələrdə ağzına gələni yazıb məni nüfusda salmaq istəyənlər, sizə sürprizim olacaq.
Ədalətli hüquq-mühafizə orqanları var, qanun qarşısında cavab verəcəksiz. Nəzərinizə çatdırım ki, mən məzuniyyətdəyəm. Düşmənlərim yaman çox imiş, Allah ürəyinizə görə versin”.
Geri qayıt