DataLife Engine > Şou > Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -

Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -


13-07-2017, 11:27. Yerləşdirdi: sefa Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Bakıda “RAZENNİ” adlı yeni böyük mebel evi fəaliyyətə başlayıb. Artıq bir neçə gün bundan əvvəl “Məmmədoğulları” şirkətinin ərsəyə gətirdiyi məkanın açılışı baş tutub.

Açılışdan əvvəl medel salonunun rəhbəri Azər Mirzəyev mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Mirzəyev mebellərin yerli istehsal olduğunu qeyd edib:

“Bu, bizim markanın ilk mağazasıdır. Bir ay sonra yeni, ilin sonunda isə üçüncü mağazamız açılacaq. Eyni zamanda Sumqayıt şəhərində də mağazamız fəaliyyətə başlayacaq. Mənim üç şərikim var. “RAZENNİ” adı da bu üç insanın adlarının baş hərflərinin birləşməsindən yaranıb. Mebellərimiz yerli istehsaldır. Aksessuarlarımız Türkiyədən və başqa ölkələrdən gətirilir. Fabrikimiz Binəqədidə yerləşir. Müştərilər istəsə, gəlib baxa bilər, yerli istehsalat olduğuna əmin ola bilərlər. Qiymət fərqində də əmin olacaqlar ki, yerli istehsaldır. Keyfiyyətinə isə yüz faiz zəmanət veririk”.

Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -

Mebel evinin rəhbəri qiymətlərin də sərfəli olduğunu söyləyib:

“Qiymətdən asılı olaraq materiallarımız dəyişə bilər. İstehsalatda sərhət yoxdur. Mağazamızda müştərilər ciblərinə uyğun mebel tapa bilərlər. Mebellərimiz arasında əl işi olanlar da, dəzgahdan keçənlər də var. Burada mərmər işləmələrə də rast gələ bilərsiniz. Məkanımızda yumşaq, yataq mebellərimiz, stol və stullar satılır. Xammaları xaricdən gətiririk. Gələcəkdə onu da fabrikdə istehsal etməyi planlaşdırırıq”.

Sahibkar deyib ki, “RAZENNİ” markasını dünyaya tanıtmağı planlaşdırırlar: “Made in Azerbaijan” adı altında “RAZENNİ”ni dünya bazarına çıxaracağıq. Müştərilərin özəl sifarişlərini də qəbul edirik. Eyni zamanda bizim dizaynerlərimizdən məsləhətlər ala bilərlər. Müştəri nə istəsə, sorğu-sualsız istehsal ediləcək”.

Bundan sonra dəbdəbəli açılış mərasiminə start verilib. Tədbirin aparıcıları Afaq Gəncəli və Şəhriyar Əbilov olub. Açılışın təşkilatçısı Səriyyə Dadaşova tərəfindən yüksək səviyyədə təşkil olunub.

Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -

Özəl gündə şou-biznesin tanınmış simaları, iş adamları, siyasət aləminin üzvləri iştirak edib. Onlar müasir, klassik üslubda hazırlanan mebellə tanış olublar.

Onu da əlavə edək ki, “RAZENNİ”də həm bağ, həm villa, həm də bina evləri üçün mebellər əldə etmək mümkündür. Yaxın günlərdə isə mərkəzdə ofis və mətbəx mebellərinin satışına başlanılacaq.

Ünvan: Nərimanov r. Əhməd Rəcəbli 19

Tel: (012) 565 44 99, (+994 50) 500 44 99

İnstagram: https://www.instagram.com/razenni_mebel/?hl=ru

Facebook: https://www.facebook.com/razenni.mebel?fref=t



Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Məşhurlarımızın axın etdiyi “RAZENNİ” -
Geri qayıt