DataLife Engine > Şou, BLOK XƏBƏR > Ramin Hacılı ilə Aysel Əlizadə evləndi -

Ramin Hacılı ilə Aysel Əlizadə evləndi -


9-10-2014, 20:10. Yerləşdirdi: Tural Ramin Hacılı ilə Aysel Əlizadə evləndi -
Xalqinfo.az Xəbər verir ki,Bu gün yazıçı-jurnalist Aysel Əlizadə ilə Ümid Partiyasının sədr müavini, Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının toyudur.

Ailem.az-ın əməkdaşının verdiyi məlumatına görə, Bakı Əyləncə Mərkəzində keçirilən toy mərasimi ənənəvi toylardan fərqlənir. Bəylə gəlin milli geyimlərdədirlər. Toyda hər zaman eşitdiyimiz mahnılar deyil, rok qrupunun müşayiəti ilə rok, caz musiqiləri səslənir. Mərasimdə tanınmış ictimaiyyət nümayəndələri də iştirak edir.

Ailem.az toydan özəl fotoları təqdim edir.


Xatırladaq ki, Aysel iyunda Ramin Hacılı tərəfindən sürpriz evlilik təklifi almışdı. Belə ki, Muğam Mərkəzində keçirilən TED x tədbirində maraqlı olay yaşanıb. Tədbirdə məruzəçi kimi çıxış edən Ramin Hacılı çıxışının sonunda Aysel Əlizadəyə evlənmək təklifi edib.


Allah xoşbəxt etsin!
Ramin Hacılı ilə Aysel Əlizadə evləndi -
Ramin Hacılı ilə Aysel Əlizadə evləndi -
Ramin Hacılı ilə Aysel Əlizadə evləndi -
Ramin Hacılı ilə Aysel Əlizadə evləndi -
Geri qayıt