DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > Kənan əlini çəkdi, amma getmədi - "Maşın şou"-da növbəti qalmaqal

Kənan əlini çəkdi, amma getmədi - "Maşın şou"-da növbəti qalmaqal


3-06-2017, 12:04. Yerləşdirdi: Leyla Kənan əlini çəkdi, amma getmədi - "Maşın şou"-da növbəti qalmaqal
"Biz, sadəcə, yayım hüququna malikik".

Xalqinfo.az xəbər verir ki, bu sözləri ATV kanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Turan İbrahimov sözügeden telekanalda yayımlanan "Maşın" şou-da rejissor Kənan M.M-in qaydalara riayət etməyərək əlini maşından çəksə də, yenə də yarışmadan qovulmaması haqda danışarkən deyib. O, bu məsələnin kanala adiyyəti olmadığını bildirib:

"Müqaviləyə əsasən, ATV kanalı, sadəcə, "Maşın" şounun 2 saatlıq yayım haqqını alıb. Yəni, biz ancaq yayıma cavabdeyik. Bu haqda ancaq "M grup" prodakşının rəhbəri Murad Dadaşov ətraflı məlumat verə bilər".

Qeyd edək ki, metbuat.az Murad Dadaşovla əlaqə saxlamağa çalışsa da, o, telefona cavab verməyib.

Leyla Həsənova
Geri qayıt