DataLife Engine > Şou > Qonaqlar toya avtobusla getdilər -

Qonaqlar toya avtobusla getdilər -


18-03-2017, 13:29. Yerləşdirdi: sefa Qonaqlar toya avtobusla getdilər -
İngiltərənin Derbi şəhərində maraqlı toy baş tutub.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə "The Sun" qəzeti xəbər yayıb. 34 yaşlı Yvonne Qorman nişanlısı Cim Lis ilə ailə qurub. Gəlin toyda artıq xərclərdən qaçmaq üçün qonaqlarını toya avtobusla aparıb.

Qorman və atası avtobusda boş yer olmadığı üçün 10 dəqiqəlik yolu ayaqüstə gediblər. Qorman bu seçimini belə izah edib:

"Bəzi şeyləri hər kəsdən daha fərqli etməyi sevirəm. Belə bir gündə insanların gözlədiyi ənənəvi avtomobillər, ya da at arabalarıdır. Amma evimin yaxınlığına bir avtobus dayanacağı var və buradan toyun keçirildiyi məkana getməyin mümkün olduğunu düşündüm. Heç kimə demədim, sadəcə evin qarşısındakı dayanacaqda olmaq üçün vaxt təyin etdim. Hər kəs onları "Limuzin"lərin aparacağını zənn edirdi".

Adətən toy məkanının qarşısına avtomobillərin park edilməsi üçün problem yaşansa da, bu dəfə sadəcə bir avtobus olub.

Qeyd edək ki, Y.Qorman ötən il yaşadığı şəhərdə "İlin ən ilham verən iş qadını" mükafatını qazanıb.

Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Qonaqlar toya avtobusla getdilər -
Geri qayıt