DataLife Engine > Şou > “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı

“Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı


10-02-2017, 04:49. Yerləşdirdi: sefa “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı
Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb.

Xalqinfo.azİTV.az saytına istinadən xəbər verir ki, müsabiqənin biletlərinin qiymət 20-100 avro arasında dəyişir. Mahnı yarışmasının VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro təşkil edəcək. Biletlərin gələn həftədən satışa çıxarılacağı nəzərdə tutulub.

Xatırladaq ki, “Eurovision 2017”nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı isə mayın 11-də keçiriləcək. Yarışmanın finalı mayın 13-də olacaq. Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında 8-ci nömrə altında çıxış edəcək.
Builki yarışmaya 20 min qonağın qatılacağı gözlənilir.


Xalqinfo.az
Geri qayıt