DataLife Engine > Şou > 25 min manat cərimə olunan xalq artisti istirahətdə

25 min manat cərimə olunan xalq artisti istirahətdə


27-08-2014, 07:54. Yerləşdirdi: Tural 25 min manat cərimə olunan xalq artisti istirahətdə
Xalq artisti İlhamə Quliyeva ilə məhkəmə çəkişməsindən sonra səs-sorağı gəlməyən Nazpəri Dostəliyevadan xəbər var.


“Qafqazinfo” Tabloid.az-a istinadən məlumat verir ki, xalq artisti Nazpəri Dostəliyeva uzun fasilədən sonra yeni fotolarını sosial şəbəkədə paylaşıb.

Sənətçi fotolarına “Bu yay super istirahət etdim” – qeydini yazıb.

Qeyd edək ki, bir müddət öncə İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında məhkəmə çəkişməsi olmuşdu. İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmişdi. İkincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb etmişdi.

Nəsimi rayon Məhkəməsinin qərarına əsasən, N.Dostəliyeva 50 min manat cərimələnmişdi. Bundan sonra N.Dostəliyeva Bakı Apelyasiya məhkəməsinə müraciət etmişdi. Məhkəminin qərarına əsasən, kasasiya şikayətinə baxılaraq, N.Dostəliyevadan 25 min manat təzminat istənilmişdi.

Qeyd edək ki, N.Dostəliyeva mayda qardaşı dünyasını dəyişdikdən sonra gündəmdən uzaqlaşmışdı.

N.Dostəliyevanın yeni fotolarını oxucularımıza təqdim edirik.


Geri qayıt