DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > “Dilini boğazından çıxardıb yox edərlər...” - Rəqsanə

“Dilini boğazından çıxardıb yox edərlər...” - Rəqsanə


6-01-2017, 23:56. Yerləşdirdi: sefa “Dilini boğazından çıxardıb yox edərlər...” - Rəqsanə

Rəqsanə İsmayılova sosial şəbəkədə onu təhqir edən şəxsə cavab verib.

Xalqinfo” xəbər verir ki, müğənni instaqram istifadəçisinin fotosunu paylaşaraq onun ünvanına sərt sözlər yazıb.

R. İsmayılova bildirib ki, həmin şəxs şərh yazdıqdan sonra gizlənib:

“Belə düzgün oğlansansa, nömrəni yaz. Sənin kimi əxlaqsız insanlar millətə ləkə gətirir. Burada ağzına gələni yazırsan, amma ördək kimi gizlənirsən. Sənin yazdığın sözlərə görə dilini boğazından çıxardıb yox edərlər. Yaxşı oğlan arvad kimi gizlənməz. Yəqin ki, belə sözlər yazan şəxsin qorxusu olmaz.

Burada ana-bacı, qadın-qız var, ayıbdır. Sənin kimisinin ana-bacıdan xəbəri yoxdur. Binamus, çıx ortaya! Deyəsən həyatından bezmisən”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt