DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > Murad Boz Bakıda izdihamla qarşılandı - Fotolar

Murad Boz Bakıda izdihamla qarşılandı - Fotolar

5-01-2017, 21:35. Yerləşdirdi: sefa Murad Boz Bakıda izdihamla qarşılandı - Fotolar

Yanvarın 5-də Nizami Kino Mərkəzində Türkiyənin istehsalı olan "Dönərsə sənindir" adlı filmin qala-gecəsi keçirilib. "Af Media" şirkəti və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən qala-gecədə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Türkiyənin məşhur müğənnisi və artıq ikinci filmlə aktyor kimi özünü sınayan Murat Boz da iştirak edib.

Tanınmış türkiyəli rejissor Erol Ozlevin romantik komediya janrında ekranlaşdırdığı bu filmdə baş qəhrəman Mehmet uzun illərdir ki, Selin adlı bir qızı sevir. Selin isə mahnı yazdırıb musiqi və səsyazma şırkətlərinə göndərərək müğənni olmaq xəyalı ilə yaşayır. Bir gün onun arzusu gerçəkləşir. O, şirkətlərin birindən dəvət alır. Bu məqamda Mehmetin ona tam dəstək olmasına rəğmən onlar ayrılırlar. Ayrılığı qəbul etmək istəməyən Mehmet Selini yenidən əldə etmək üçün çətin, amma gülməli vəziyyətlərə düşür.

TAFF kinostudiyasında istehsal olunan ekran əsərinin qala-gecəsində, həmçinin filmin baş qəhrəmanları-tanınmış aktrisalar Yasemin Allen ve İrem Sakın da iştirak ediblər. Xronometrajı 1 saat 50 dəqiqə olan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

09:40

Bu gün Nizami Kino Mərkəzində "Taff" şirkətinin istehsalı olan "Dönerse senindir" filminin qala-gecəsi keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, gecədə filmin baş roluna çəkilən məşhur müğənni Murat Boz, Yasemin Allen və İrem Sak iştirak edəcəklər.

Onlar tamaşaçılarla birlikdə film izlədikdən sonra jurnalistlərin suallarını cavablandıracaqlar.

Qeyd edək ki, Murat Boz bundan əlavə, "Kardeşim benim", "Hadi inşallah" kimi filmlərə də çəkilib.

Əlaqə üçün E-mail: [email protected]

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt