DataLife Engine > Şou, MANŞET > Azərbaycanlı biznes-ledi həmkarı ilə libasına görə qarşı-qarşıya -

Azərbaycanlı biznes-ledi həmkarı ilə libasına görə qarşı-qarşıya -


24-12-2016, 20:10. Yerləşdirdi: sefa Azərbaycanlı biznes-ledi həmkarı ilə libasına görə qarşı-qarşıya -














Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı biznes-ledi Aysel Trudel bu dəfə də libası ilə müzakirə mövzusu olub.

Xalqİnfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, Trudel məşhur biznes-ledi Snejana Qeorqiyeva ilə müxtəlif zamanlarda, fərqli tədbirlərdə geyindiyi “Nina Ricci” brendinin libası ilə müzakirələrə səbəb olub.

Qeyd olunur ki, bu libası ilk dəfə S. Qeorqiyeva ötən ilin noyabrında keçirilən “İlin qadını- 2015” mükafatlandırma mərasimində geyinib.

Azərbaycanlı biznes-ledi həmkarı ilə libasına görə qarşı-qarşıya -






















A. Trudel isə bu libasla iki gün öncə “Fashion New Year Awards-2016” tədbirində görüntülənib.

Azərbaycanlı biznes-ledi həmkarı ilə libasına görə qarşı-qarşıya -






















Rusiya KİV-i libasın hansı biznes-lediyə daha çox yaraşdığı ilə bağlı sorğu da keçirib. Qalib isə Snejana Qeorqiyeva olub.

Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükkanlarının sahibidir. “Marc Jacobs”, “Stella McCartney”, “Matthew Williamson”, “Michael Kors”, “Oscar de la Renta”, “Donna Karan”, “Ruffo”, “Alessandro DellAsqua”, “Helmut Lang”, “Calvin Klein Collection”, “Burberry Prosum”, “Celine”, “Lanvin” və “Christian Laboutin” kimi super brendləri Rusiya bazarında təmsil edir.

38 yaşlı azərbaycanlı biznes-ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir. Cütlüyün iki övladı var.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt