DataLife Engine > Şou > Elnarənin bu fotoları həyat yoldaşını özündən çıxardı

Elnarənin bu fotoları həyat yoldaşını özündən çıxardı


29-07-2014, 18:36. Yerləşdirdi: test Elnarənin bu fotoları həyat yoldaşını özündən çıxardı



Müğənni Elnarə Xəlilovanın bu yaxınlarda hovuzda
çəkdirdiyi fotosu ailəsində narazılıq yaradıb.

Xalqinfo.az Axşam.az-a istinadən xəbər verir ki,
sənətçi bu barədə "Onlar” verilişinə açıqlamasında deyib.

Onun sözlərinə görə, şəkilləri sosial şəbəkədə paylaşdıqdan sonra
həyat yoldaşı Rövşən Cahangirovun qınağına tuş gəlib:

"Yoldaşım təbii ki, əsəbləşdi. Onun gücü mənə çatır.
Heç kimi günahlandırmıram. Qəbahəti yenə də özümdə görürəm.
Mən gərək hovuz kənarında başımın şəklini çəkdirməzdim.
Söz verirəm. Bir daha olmayacaq”.

Elnarə bu fotolara görə ona irad bildirənlərə ironiya ilə cavab verib:

"Bilməzdim ki, şəkil belə rezonansa səbəb ola bilər.
Heç təzə mahnı yazdıranda saytlar bunu işıqlandırmır.
Məni peşman etdilər. O həddə çatdım ki, həmin fotonu
İnstaqramdan silməyə məcbur oldum. Bu yaxınlarda ya dəniz kənarında,
ya da hovuzda fotosessiya etdirəcəyəm. Bu dəfə kürk,
palto geyinəcəm, başımı isə şalla bağlayacam.
Görüm bu dəfə nə yazacaqlar”.

Elnarənin bu fotoları həyat yoldaşını özündən çıxardı
Elnarənin bu fotoları həyat yoldaşını özündən çıxardı
Geri qayıt