DataLife Engine > Şou > Aysel Trudel xeyriyyəçilik tədbirində -

Aysel Trudel xeyriyyəçilik tədbirində -


5-12-2016, 20:27. Yerləşdirdi: sefa Aysel Trudel xeyriyyəçilik tədbirində -

“Hello” jurnalının baş redaktoru, teleaparıcı Svetlana Bondarçuk sahibi olduğu “PR İnternational” agentliyinin ənənəvi “Action!” adlı xeyriyyəçilik layihəsini reallaşdırıb.

"Xalqİnfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, hər il dekabrın ilk şənbə günündə keçirilən tədbirdə Rusiya şou-biznesinin nümayəndələri, biznesmenlər iştirak edib.

“Barvixa Luxury Village” konsert zalında keçirilən mərasimə Rusiyada yaşayıb-fəaliyyət göstərən azərbaycanlı biznes-ledi Aysel Trudel də qatılıb.

Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükkanlarının sahibidir. “Marc Jacobs”, “Stella McCartney”, “Matthew Williamson”, “Michael Kors”, “Oscar de la Renta”, “Donna Karan”, “Ruffo”, “Alessandro DellAsqua”, “Helmut Lang”, “Calvin Klein Collection”, “Burberry Prosum”, “Celine”, “Lanvin” və “Christian Laboutin” kimi super brendləri Rusiya bazarında təmsil edir.
38 yaşlı azərbaycanlı biznes-ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir. Cütlüyün iki övladı var.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Aysel Trudel xeyriyyəçilik tədbirində -
Aysel Trudel xeyriyyəçilik tədbirində -
Geri qayıt