DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > “"Xatirənin dodağı yoxdur?"” - Xatirə İslam

“"Xatirənin dodağı yoxdur?"” - Xatirə İslam


31-10-2016, 15:11. Yerləşdirdi: sefa “"Xatirənin dodağı yoxdur?"” - Xatirə İslam

“Yaxşı ki, arıq deyiləm, yoxsa çox qısa geyinərdim. Belə şeylərə yaxşı baxıram”.

Xalqİnfo” xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Ondan sonra” verilişində deyib.

Sənətçi onu sosial şəbəkədə geyiminə görə tənqid edənlərə bir daha cavab verib:

“Sənətçi axtarıram, söyləsin ki, qısa geyinmirəm, şəkil çəkdirmirəm, sosial şəbəkədə paylaşmıram. Həmin sənətçiyə sosial şəbəkədə nələr yazacaqlar? Mən dünya ulduzlarının səhifələrinə nəzər yetirirəm. Tarkan və Sibel Cana yazılan rəylərə baxıram. Ora elə söyüşlər yazırlar ki... Mən elə söyüşlər Azərbaycanda eşitməmişəm. Heç o müğənnilər cavab yazmırlar, veclərinə deyil”.

Müğənni həyat yoldaşı ilə öpüşdüyü yerdə çəkdirdiyi şəkilə də münasibət bildirib:

“Mən ümümiyyətlə İnstagramda yazılan şərhləri oxumuram. Əvvəllər olsaydı fikri verərdim. Nəzarətdə saxlayırdım, şərhləri oxuyurdum. Amma indi kimsə pis bir söz yazıbsa, köməkçilərim görür və deyir və o sözləri silirik. İnstiqram səhifəsi şəxsi profildi. Mən ora ailəmlə bağlı nə istəsəm yerləşdirə bilərəm. Kimsə istəmirsə məni izləməyə bilər . Amma şəkil yerləşdirməyin nəyi pisdir? Mən elə deməzdim. Bəlkə bir az müasirəm. Əvvəllər olsaydı dəli olardım. Xatirə adam deyil?! Onun dodağı yoxdur?! Hə?! “Tak şto” narahat olmayın”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


“"Xatirənin dodağı yoxdur?"” - Xatirə İslam
Geri qayıt