DataLife Engine > Şou > Röya ilə Miri Yusif küsülüdür? -

Röya ilə Miri Yusif küsülüdür? -


30-10-2016, 12:00. Yerləşdirdi: sefa Röya ilə Miri Yusif küsülüdür? -

Müğənnilər Röya Ayxan ilə Miri Yusif küsülü olmaları barədə yayılan xəbərlərə aydınlıq gətiriblər.

Xalqİnfo” Musavat.com-a istinadən xəbər verir ki, “Xəzər maqazin” verilişinə açıqlama verən müğənnilər yayılan xəbərlərin əsassız olduğunu bildiriblər.

Röya deyib ki, yaxşı sənətçilər küsmür: “Yaxşı sənətçilər heç vaxt dava etmir. Dava edirlərsə, deməli, biri pis, o biri yaxşıdır. Kişi müğənnilərdən öz üzərində yaxşı işləyən Miri Yusifdir. O, həm rep deyir, həm də söz yazır”.

Eyni zamanda Miri Yusif də xanım həmkarının fikirlərini təsdiqləyib: “Röyaya qatılıram. Tamaşaçılar şayiələrə inanmasın. Biz ailəvi dostuq. Röya həyat yoldaşım Nərgizi də çox sevir”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt