DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > “Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur

“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur


27-09-2016, 12:56. Yerləşdirdi: sefa “Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur
Xalqİnfo Teleaparıcı Nəsib Nurun “Qafqazinfo”ya müsahibəsini təqdim edir.

- Bəlkə, gec görüşdük, təbrik edə bilərəm artıq sizi, Burc FM və Xəzər FM-in direktoru təyin edilmisiz.

- Artıq avqustdan etibarən Burc FM yoxdur. 100.5 FM radiosunda Azərbaycan və türk musiqiləri səsləndirilir. Xalqa daha yaxın olan sloqan seçilib- "sizə daha yaxın".

- Adətən yeni direktor seçiləndə fərqli nəsə gətirir. Yeni mövsümdə nələr olacaq

- Mən pafosdan uzaq bir insanam. Artıq iyunun 1-dən rəsmi təyinat oldu. Xəzər FM-də dəyişiklikləri dinləyicilər eşitdilər. Formatda tam keyfiyyətli musiqilər nəzərdə tutulub. Təbii ki, o ənənələri qoruyub saxlayırıq. Xəzərin ümümiyyətlə bir devizi var ki, “ailənizin kanalı...” Ailə dəyərlərini qorumaqla, keyfiyyəti qorumaqla hər zövqə uyğun musiqilər səsləndi . Media Mərkəzinə 3 radio daxildir, Araz FM hansının ki, rəhbəri Çiçək (Şəhla Vakkas) xanımdır. 100.5 FM-də sırf Azərbaycan və türk, həmçinin sevilən populyar pop musiqiləri daxildir.

Əsas indi gündəmin tələbi olaraq pop musiqisi populyar hesab edilir. Yəni onu nəzərə alaraq, 100.5 dalğası əzəldən insanlara daha yaxın olub. Nəyi ilə? Azərbaycan və türk mahnıları ilə.. İndi onun kökünə qayıtmışıq, daha müasir və gözəl formada və təbii ki, aparıcıları da elə qruplaşdırdıq ki, yeni layihələr yarandı.

Arajimanı aşağı olan mahnı burada səslənə bilməz. Eyni zamanda gənclərə də dəstək oluruq, layihəmiz var ki, tanınmayan istedadlı gəncləri radio vasitəsi ilə tanıdacağıq. Yəni gənc bir ifaçı olur, deyir ki, filan yerdə mənim bu mahnımı “raskurutka” eləmək üçün bu qədər pul istədilər. İndi bazar iqtisadiyyatıdır, hər bir şirkətin öz iş prinsipi var.

Ən yaxşılar və keyfiyyətlilər bizim ünvana toplanıb. Bunu biz qısa bir müddətdə bacardıq. Xəzər FM yeni avadanlıqla təchiz olundu, balaca studiyadan böyük studiyaya köçdük. Hələ də işlər gedir, fərqli dekor planlaşdırırıq ki, yəni sırf o ağ-qara studiyalardan çıxaq. Bir aydan sonra gələndə artıq radio ab-havası hiss olunacaq. Çünki yenidənqurma işləri gedir. 2006-cı ildə radiodan çıxdım, amma 2016-da radioya qayıtdım. 10 ildən sonra o sevgi məni qaytardı.
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur




- Belə başa düşdüm ki, artıq siz fərqli səsləri radioya cəlb etmisiz. Biz adətən bu radioda Zaurun, Şəhla xanımın səsini eşitməyə öyrənmişik.

- Çiçək yenə də deyirəm, Araz FM-in rəhbəridir. Axşamlar özüdə aparıcılıq edir. Zaur, Çiçək- bunlar bizim dövrümüzün aparıcılarıdır. Mən 90-ları demirəm Rahib Azəri, Doktor Ziya, İsmayıl var idi. “Radio Sara”nın vaxtında olanları deyirəm. 2000-ci illərin əvvəllərində Zaur Kamal, Çiçək , Səxavətin 100.5-də səsləri eşidildi. İnşallah iddialıyıq. İstəyirik ki, biz heç kimlə rəqabət aparmayaq, hamı bizlə rəqabət aparmağa çalışsın. Desək ki , hər şey indi idealdır, o düzgün olmaz.

Bütün işlərdə, həyatda, dostluqda insan daxili vicdanı təmiz olmalıdır. Vicdanla işini görürsənsə, uğur da əldə olunur. Mən həmişə, uşaqlara deyirəm ki, insan peşəkar bir kadr ola bilər, bu elə bir şeydir ki, peşəkarlıq zamanla öyrənilir. Amma belə bir şey var, mən həmişə ona üstünlük vermişəm, işçinin peşəkarlığını artırmaq olar, insani cəhətini heç vaxt artırmaq olmur. İnsanlıq, təmizlik var, ya da ki, yoxdur. Ona görə mən çox sevinirəm ki, burada vicdanlı, ədalətli insanlar çalışırlar.

- 6 illik fəaliyyətinizi bu il pozdunuz... 6 il müddətində nə işlə məşğul idiz?

-Şeytanın ayağını qırdıq. Təkliflər çox olurdu. Mən efirdən kənar düşməmişdim. Bu illər ərzində “Bu şəhərdə” ailəsinin üzvü kimi 100-dən çox konsertlərində aparıcılıq etmişəm. Buna rekord qırmışam deyə bilərəm. Çünki Heydər Əliyev sarayının səhnəsində hardasa 80-ə yaxın konsertdə aparıcılıq etmişəm, bəlkə də çox. Həmişə “Bu şəhərdə” komandası ilə uzunmüddətli mart konsertlərində tamaşaçıların görüşünə gəlirdik.

Qastrol konsertlərində, Naxçıvan, Avropa konsertləri, Moskva və s. dünyanın hər bir yerində onları sevirlər. Amma televizyada aparıcı kimi sonuncu dəfə 2010-cu ildə olmuşdum. Yenə də deyim, efirə qaçan insan deyiləm. Bunu bilən bilir, dostlarım bilir ki, reklamı sevmirəm. Mənim heç instagram, facebook hesabım yoxdur.
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur




- Təzəlikcə yaradıldı...

- O mənim instagram səhifəm deyil. “Nəsib olsa” verilişinin rəsmi instagram səhifəsidir. Onu da mən işlətmirəm, admin var, fotoqraf var ki, hansı ki, bir komanda şəklində çalışırıq. Hərdən deyirlər ki, filan yerdə yeməyi çəkdi qoydu. Mən dünya ulduzları ilə bir çox tədbirlərdə olmuşam. Heç vaxt onu reklam etməmişəm. Mən xalqdan biriyəm. Özümü fərqli hesab etmirəm. Mən xalqın içindən biriyəm, onlara yaxın bir insanam. Allahın qisməti elə gətirir ki, hər insana müəyyən dövrdə elə bir şanslar yaranır ki, ondan istifadə edir.

Mən məktəbi qızıl medalla, institutu qırmızı diplomla bitirmişəm. Özüm daxil olub, özüm oxumuşam. Gecələr radioda işləmişəm, səhərlər dərsə getmişəm. Öz gücümə bunları etmişəm, yuxusuz gecələr və s. İnsan hansısa məqsədə doğru getmək üçün bir az əziyyət çəkməlidir. Əziyyətli işin nəticəsidə gözəl olur, bunun çörəyini də halallıqla yeyirsən. Ailə üzvlərinin, dostların mənəvi dəstəyi həmişə insanı güclü saxlayan amildir. İnsan gərək bünövrədən çalışsın, təhsilli olsun. Mədəniyyət sahəsinin işçiləri daha çox çərçivəni qorumalıdırlar. Hərdən qınayırlar ki, filan şou-biznes nümayəndəsi belə elədi. Sadəcə olaraq onlar üzdədirlər. Hər bir sahədə belə insanlar var. Bir açıqlama verim ki, mən bura gündəlik veriliş üçün dəvət olunmuşdum. Amma sonra planlar tez-tez dəyişdi. Radio məsələsi ortaya çıxdı. Radio mənim başımı sözün yaxşı mənasında necə qatdısa, sonra ikinci radioya rəhbər oldum və belə qərara gəldik ki, verilişi həftədə bir dəfə edək. Verilişim 4-cü gün yayımlanır. Çünki həftə sonlarına xalq toylarını, ad günlərini salır, başları qarışır.

- Deyəsən Azərbaycanda ən böyük pavilyon sizdədir.

- Mənim layihəmin baş tutduğu ərazi 1000 KV-lıq sahədir. Şükür Allaha, Xəzər TV-də povilyonlarımız çoxdu. Mənə ən böyük ərazidə güşə ayırdılar. Dekorasiya 2 mərtəbəlidir, 2 səhnəsi var.

“JazzBand” gecə şousu və gələn qonaqların canlı ifaları olacaq. Bu verilişə gələn müğənnilər biləcək ki, hazırlıqlı olmalıdır. Müğənni verilişin başlamasına 5 dəqiqə qalmış gəlməyəcək. 1 neçə saat öncə gəlir, elə bir şəraitimiz var ki, qonaq üçün ayrı qrim otağı olacaq, hətta başını yuya bilər, duş qəbul edə bilər.
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur




- Eynən “Elen” və “Bəyaz şou” kimi...

- Belə deyək... Hərdən deyillər ki, bizdə yeni veriliş yaratmırlar ki, filan verilişin plagiatıdır. Amma Türkiyə, Rusiyada da yayımlanan böyük layihələr Avropa, Amerika lisenziyalı olur.

Məsələn, Amerikada “Led night” şoular var ki, hər gün yayımlanır, Rusiya isə layihəni götürərək rus mentalitetinə uyğunlaşdırırlar. Gəlin özümüz-özümüzü dəstəkləyək, dəyər verək, bir az ruhlandıraq. Sadəcə olaraq şərait yaratmaq lazımdır.

- Bəlkə də, bizim TV-lər götürdükləri layihələri tamaşaçılara bayağı şəkildə təqdim edirlər... İnsanlar buna daha çox qıcıq olur.

- Hamısı yaxşı olacaq. Yaxşılığa həmişə inanmalıyıq. Bir vaxtlar filan şoular daha çox dəbdə idi. Hamı eyni tip layihələri reallaşdırırdı. Türkiyədə , Rusiyada aparıcının 60-70 nəfərlik komandası olur, layihədən asılı olmayaraq 20 ssenaristi fəaliyyət göstərir. Bizdə təsəvvür edin, 3 ssenarist 20 nəfərin gördüyü işi həyata keçirir. Çünki, bəlli bir büdcə var. Bu bir-birinə bağlı olan bir şeydir. Ələk həmişə işləyir. Reytinq davasına çıxırlar. Mən onu heç bir zaman göstərici saymamışam. Şopenin musiqisi bütün dünyanı valeh edir. Amma Azərbaycanda Şopenin musiqisini çox səsləndirsən reytinq qazanmazsan. Bu da nisbi anlayışdır.

Kimin üçünsə yaxşı olan, kimin üçünsə yaxşı deyil. Ona görə çalışıb özümüz-özümüzü baltalamayaq, dəstək olaq. Bir söz var, Müşviq Abbasov deyir, köməyiniz lazım deyil, amma mane olmayın. Qoyun, nəsə iş görək. Az işləyib çox pul qazanmaq istəyənlər çoxdur. Daha asan yol axtarırlar ki, asan olsun, tez olsun, çox qazanaq. Fikirləşmirlər ki, bir az əziyyət çək , bu elə olsun ki, bəhrəsini uzun illər gör.
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur




- Bayaqdan diqqət edirəm, telefonunuza xeyli zənglər gəlir. Deyəsən rəhbər olandan sonra dostlarınızın sayı artıb.

-Öz dostlarım var ki, uşaqlıqdan bu yana münasibətimiz var. Bəlli bir dost çevrəm var ki, onlara tam rahat güvənə bilirəm. Dost məfhumu fərqli bir şeydir. Dost odur ki, sən qarşındakı insana güvənə bilərsən . Amma Vladimir Vysotskynin bir deyimini misal çəkmək istəyirəm. Sovet vaxtı mobil telefonlar olmayıb. Bu da yaradıcı insandır. Gecə bir mahnı bəstələyib. Düşünüb ki, qoy birinci dostum dinləsin, mənə fikrini desin. Bu gecə dostuna zəng vurur, yoldaşı götürüb deyir ki, Nə lazımdı? Daha sonra ərinə dəstəyi verir. Dostu ona cavab verir ki, nəsə olub?

Vladimir deyir ki, bəs mən təzə mahnı bəstələmişəm, istərdim birinci sən dinləyəsən, rəy verəsən. Dostu deyir ki, bu vaxtı? Vladimir cavab verir ki, mən elə fikirləşmişdim ki, dostluq məfhumu saata və günə baxmır. 24 saat, 7 gün dostluq məfhumu çalışır. Həmişə də ilk insanlığa dəyər vermişəm. Dost ona deyirəm ki, sən özün-özünlə necə olursansa, sən o insanlarla da oturanda elə olmalısan. İndi isə zənglər çoxalıb. Onsuzda məni işə görə axtaranlar çox olub. İndi lap artıblar. Yenə də başa düşmək olur.

- Azərbaycanda rəhbər olan şəxs kadr dəyişikliyi edir. Çalışır ki, öz tanışlarını ətrafına toplasın...

- Uşaqlardan soruşa bilərsiz. Mən heç kimi işdən çıxarmamışam. Əksinə, daha faydalı və peşəkar insanlar gəldilər. Düzdü, televiziyada ayrılanlar da oldu.

- Azərbaycanda bir neçə aparıcı var ki, standart səsə sahib deyil. Onlardan biri də sizsiniz. Siz belə düşünmürsünüz ki, səsinizə görə daha çox uğur qazanmısınız.

- Ola bilər. Azərbaycanda araşdırma aparsanız görərsiniz ki, ən uğurlu aparıcıların əksər hissəsi radiodan çıxıb televiziyaya gələnlərdir. Əksər aparıcılar radiodan gəlib. Çünki radio məktəbi var. Üzünü görmədən kütləni ətrafına toplayırsan. Kişiyik də, bir az normal görünüşün oldu bəs edir. Mənə hərdən deyirlər ki, idmanla məşğul ol. Özümü heç zaman yüksək aparmamışam.

Neçə illərdir ki, reklam çarxlarını səsləndirdim. Bir neçə ildir ki, dayandırmışam. Bir bank var, onun rəsmi səsi idim. Amma səsimi çox satmıram. Vaxt var idi ki,
konkret mən səsimlə dolanırdım. Xoşdurki, səs ilə də fərqlənə bilirsən.
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur




- Bayaqda qeyd etdiniz ki, pafosdan uzaqsınız. Məsələn, rəhbər olmağın da bir ağırlığı var. Bir neçə el şənlikləri var ki, sizi aparıcı kimi görmüşəm. Yenidən toy aparacaqsız?

- Mən toy aparıcısı deyiləm. Ola bilsin ki, yaxın dostlarımın məclisləri mənə həvalə olunub. Amma bu mövzu ilə gündəmə gəlmək istəməmişəm. Vəzifə heç nəyi dəyişməyəcək. Mənə elə gəlir ki, hələlik bircə ailəm əziyyət çəkir. O da müvəqqətidir. Çünki, üzümü görmürlər, səhər saat 8-də oyanıram, övladlarım yatanda evdən çıxıram, axşam da eyni vəziyyət baş verir.

Məni televiziyadakı anonslarda görürlər. Baxmayaraq ki, qızım bağçaya gedir, oranın xüsusi servisi var. Ancaq onları mən özüm aparıb gətirirəm. İstəyirəm ki, az da olsa onlarla vaxtımı keçirim. Ailəmə bağlı insanam. Mən istirahətimin ən yaxşısı ailəmlə olan istirahətdir. Valideynlərim yaxında qalır, onlara baş çəkirəm. Mən dəyişkənliyi sevmirəm. Bu telefon artıq məndə neçə illərdir var. Dostlarım var ki, şirkət rəhbəridir. Mənə gətirib telefon verirlər ki, işlət. Ancaq mən öyrəşmişəm. Gözləyirdiz ki, burada 10 minlik telefonlar düzüləcək. Allah heç kimin əziyyətini yerdə qoymasın. Əsas insaflı olaq.

Paxıl insan deyiləm. Bəlkə, aparıcılar var ey, 12 reyting ondadı, 11 yarım məndədi, mən neyləyə bilərəm ki, 12 məndə olsun. İddialı olmaq lazımdır, iş göstərmək lazımdır. Yaxşı mənada paxıllıq aparmaq lazımdır, amma qara paxıllıqdan mən uzağam. Adam var ki, deyir qoy mən artıq efirdə görsənim. Mən həmişə kiminsə uğuruna sevinmişəm. Onda daha rahat olur. Qarışqanı fil edən insan deyiləm. Fili gəlin qarışqa edək, balacalaşdıraq ki,rahat həll olunsun.

- Adətən müğənnilər şikayətlənir ki, onları kanal və radiolarda “zapret”ə salırlar. TV və radio işçilərinin toyuna və ya şənliklərinə getməyəndə bu qadağa tətbiq olunmağa başlayır.

- Şəxsi münasibətlər zəminində qadağalar qoymaq düzgün deyil. Radioya rəhbər təyin olunanda sonra işçilərlə görüşdüm. Dedim ki, radionun formatı var, iş vaxtı əməkdaşa olunan hörmətsizlik, radioya olan hörmətsizlikdir. Yaradıcı insandır, nəsə əsəbi ola bilər. Bunu araşdırmaq lazımdır. Kökündən vurmaq asandır. Baltanı götür gülün kökündən vur getdi, amma onu yetişdirmək üçün aylar keçir. Mən onun tərəfdarı deyiləm ki, qadağalar olsun. Qadağalar nə formada ola bilər?

Dövlətçiliyimizə, Azərbaycan milli dəyərlərinə zidd bir nəsə olsa, onda bir şey etmək olar. Yoxsa ki, sən mənim qardaşımın toyunda gəlib oxumadın, səni “zapret”ə salıram. Rəhbərliyin də heç xəbəri olmur. Müğənniyə qarşı belə bir haqsızlıqlar olur. Hamı əlini qoysun vicdanına, səhəri gün onların yerində mən də ola bilərəm. Sən də, mən də harasa gecikmişik. 10 dəfə yaxşılıq edib, 1 dəfə pis nəsə edəndə gözə batır.
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur




-Şəxsi həyatınız barədə çox danışmağı sevmirsiz. Qadınlardan fərqli olaraq kişilər ailə barədə çox az danışırlar, səbəb nədir?

- Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz, belə şeylərdə qadın daha yaxşıdır. Danışar, mənə elə gəlir ki, kişi çox danışmamalıdır. Əməllə göstərməlidir. Danışmaq istəyən danışır, danışmaq istəməyən danışmır. Mən nə danışa bilərəm ki? İki övladım var, olmayanlara qismət olsun. Ailənin öz yeri, işin öz yeri... Balansda saxlamaq lazımdır ki, qarışıq olmasın. Su xeyirdi, amma onu da çox içəndə ziyanlı olur. Xoşbəxtik, hər şey də qaydasındadır.
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur
“Dədə-babalardan görmüşük ki, kişi o barədə danışmaz” - Nəsib Nur
Geri qayıt