DataLife Engine > Şou > JLO rəqsi ilə hamını ovsunladı

JLO rəqsi ilə hamını ovsunladı


13-06-2014, 09:23. Yerləşdirdi: Tural JLO rəqsi ilə hamını ovsunladı
Braziliyada keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimi olduqca maraqlı anlarla yadda qalıb.

ANS PRESS-in məlumatına görə, San-Paulonun "Arena Korintians" stadionunda baş tutan açılışı bütün dünya canlı yayımla izləyib.

Dünya çempionatının rəsmi himni hesab edilən "We Are One" kompazisiyası ilə start verilən açılışda əvvəlcə səhnədə brazilyalı müğənni Klaudia Leyt görünüb. Daha sonra kompazisiyanın digər ifaçıları olan amerikalı reper Pitbull və müğənni Cennifer Lopez səhnədə öz yerlərini alıblar. Xanım ifaçılar seksual geyimləri ilə diqqət çəkiblər. Xüsusən də Cennifer Lopez geydindiyi paltarı, etdiyi rəqs nümayişi və səhnə hərəkətləri ilə izləyiciləri heyran edib.

Qeyd edək ki, futbol üzrə 20-ci dünya çempionatının açılış mərasimi ötən gecə baş tutub. Çempionatın ilk qarşılaşmasında ev sahibləri Xorvatiya ilə üz-üzə gələrək qonaqları 3-1 hesabı ilə məyus edib.
JLO rəqsi ilə hamını ovsunladı

Geri qayıt