DataLife Engine > Şou > Prodüser-müğənni məhkəməsi

Prodüser-müğənni məhkəməsi


3-02-2016, 11:44. Yerləşdirdi: Kainat Prodüser-müğənni məhkəməsi Müğənni Natavan Həbibi və prodüser Tarix Əliyev (Tolik) davası rəsmi şəkildə sona çatıb.

Xalqinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Tarix Əliyev sosial şəbəkədə məlumat verib.

Prodüser Natavanla fotosunu paylaşaraq “Məhkəmə barışıq qərarı verdi, bizim Natavanla məhkəməmiz bitdi”,- şərhini yazıb.

Müğənnin vəkili Fərid Həsənov “Qafqazinfo”ya açıqlamasında məhkəmə prosesinin 2015-ci ildə yekunlaşdığını bildirib:

“Natavan Həbibi ilə Tarix Əliyev arasındakı məsələ həllini tapıb, barışıblar. Qətnamənin icrası ilə bağlı xitam verilib. Məhkəmə prosesi 2015-ci ilin may-iyun ayında yekunlaşıb. Ali Məhkəmə də Natavan Həbinin lehinə qərar çıxardı. Daha sonra qətnamə icraya yönləndirildi. 2-3 ay ərzində danışıqlar getdi, Xətari rayon İcra Şöbəsində hər iki tərəf barışıq yolu ilə məsələni həll etdilər”.

Qeyd edək ki, N. Həbibi prodüseri onun şərəf və ləyaqətini təhqir etməsi, işgüzar nüfuzuna xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, prodüser Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.

İki məşhur sima isə bir müddət əvvəl barışdıqlarını elan etmişdilər.


Kainat Şirin

Xalqinfo.az

Geri qayıt