DataLife Engine > Şou > Məleykə primadonnanı ələ saldı - Video

Məleykə primadonnanı ələ saldı - Video


14-05-2014, 22:52. Yerləşdirdi: Tural Məleykə primadonnanı ələ saldı - Video
Xalq artisti Məleykə Əsədova son vaxtlar gündəmdən düşməyən “Kraliça” titulundan danışıb.


“Xalqinfo”nun Axşam.az-a istinadən məlumatına görə, aktrisa xalq artisti İlhamə Quliyevanın “Səhnənin bir kraliçası var, o da mənəm. Özlərinə film çəkdirib, adlarını kraliça qoyurlar” sözlərinə “Şoubiz+” verilişində cavab verib:

“Bu söhbətə sadəcə gülürəm. Mən həyatda Məleykəyəm, səhnədə isə kraliçayam. Kraliçalıq insanın daxilində olmalıdır. Bu sənətdə şöhrətimi, hörmətimi saxlamışam. Çünki qalmaqalla, dedi-qodularla gəlməmişəm, oynadığım obrazlarla tanınıb, sevilmişəm. Deyirlər, Məleykə Əsədova gözəldir. Məni gözəl edən uğurlarım, oynadığım obrazlarımdır”

Geri qayıt