DataLife Engine > Şou > "Samirədən iy gəlir, ona görə onunla yatmaram" -

"Samirədən iy gəlir, ona görə onunla yatmaram" -


3-12-2015, 18:38. Yerləşdirdi: Tural "Samirədən iy gəlir, ona görə onunla yatmaram" -

Meyxanaçı Oqtayın həmkarı, meyxanada deyişdiyi müğənni-meyxanaçı Samirə haqqında nələr danışıb, nələr... BiG.AZ-a müsahibə verən meyxanaçı Oqtayın dediklərini özünüz oxuyun:

- Samirə xanımın sizin barədə dediklərini oxudunuz. Deyir ki, aranızda heç bir intim münasibət olmayıb.
- O normal düşünə bilmir. Əsəbləri korlanıb. Son zamanlar müşahidə edirəm ki, səbəbsiz yerə inciyir. Getdiyimiz məkanlarda baxmışam ki, özünə, danışğına hakim olmur. Ola bilər başında problem var. Mən isə həmişə nə danışdığımı yaxşı bilmişəm. Toyda olan meyxanadır, inciməyə dəyməz.

- Amma Samirə xanım inciyib.
- Mən heç vaxt köhnə maşın sürüm, sürəndə təzə maşın sürürəm. Samirə mənim zövqümcə deyil. Özünə də demişəm. Samirə xanım efirdə deməməli idi ki, bizim toyumuz olacaq. Əgər onu deyibsə, o zaman mənimdə zarafatyana belə meyxana deməyim normaldı. Bu cür danışmaq onun üçün reklamdırsa, narahat olmasın mənim sayəmdə onsuzda onun reklamı kifayət qədərdi.

- Kazana da bir yerdə getmisiniz. Düzdür?
- Bəli. Kazanda da mənim ehtiyacım olmadı ki, onunla intim münasibət yaşayım. Orada intim cəhətdən məni təmin edən kifayət qədər xanımlar var idi. Samirə sadəcə daha konfortlu yerdə qalmaq istəyirdi. Mənim ən iyrəndiyim şey iydir. Bir dəfə Samirədən o iyi hiss eləmişəm, o qətiyyən mənim zövqümcə deyil. Bir sözlə, Samirədən iy gəlir, ona görə onunla yatmaram. Ağıllı olsun, aramızda heç nə olmayıb, ola da bilməz. Biz sənət dostuyuq. Mən onun ailəsində olmuşam. Mehriban, səmimi anası var, hörmətim böyükdü.

- Samirə xanım həmin videonu yayn adamı məhkəməyə verir.
- Çox nahaq. Samirə məhkəməyə də versə, uduzacaq. O adamı məhkəməyə verməkdənsə, məni məhkəməyə versin. O sözləri mən demişəm. Samirə bilməliydi ki, qadındır seçdiyi sənət ona görə deyil. Çünki meyxanada kifayət qədər açıq söhbətlər olur. Qaldı intim söhbətinə Samirə bilsin ki, o mənim zövqümcə deyil.

- Bəlkə qısqanırsınız. Çünki elə hiss edirəm ki, yanıqlısınız Samirə xanımın əlindən.
- Yox.

- Meyxanada Samirə xanımın adını hallandırdığınız üçün peşmansınızmı ?
- (gülür-red) Mən nə demişəm. Heç nə, adi meyxanadır da. Oldu, keçdi. Samirəni əslində çox istəyirəm. Mərd qadındı. Xəstə olanda adama qulluq edir.

- Hətta qulluq da edib sizə?
- (gülür, susur-red)

- Bəs deyirsiniz sevgili olmamısınız?
- Mən onu sevirəm də, nə etsə də. (gülür-red) Düzdür o qədər də zövqümcə deyil. Amma gözümü yumub...

- Etiraf edirsiniz lki, aranızda intim münasibət olub?
- Yox, şər atmayaq (gülür-red) sərxoş olmuşam, az qalıb nəsə olsun, amma Samirə sərt reaksiya verib. O mənim sözümü deyir ki, zövqümcə deyil. Samirəni də danışdırsanız deyəcək ki, Oqtayı çox istəyirəm, o yaxşı oğlandı. O məni çox istəməlidir, çünki mən istəməli oğlanam. Mən də onu çox istəyirəm. Samirənin yaxşı xüsusiyyətləri çoxdur. Adama borc verər, illər keçər istəməz. Amma o mənlik deyil. Yaxşı xüsusiyyətləri var. O mənə lazımdır.

- Nəyə görə sizə lazımdır?
- Çünki onu çox istəyirəm. Samirə də özünü mənə sevdirə bilsə, yaxşı olar.

Xatırladaq ki, Samirə BiG.AZ-a açıqlamasında Oqtayın onun barədə meyxanada intim münasibətdən söz açması barədə belə deyib:

"Oqtay ağzına gələni danışır. Meyxana maraqlı alınsın deyə elə deyib. Elə ona görə də çoxdandır Oqtayla görüşmürəm, birgə məclislərə getmirik. Bir sözlə, qaçıram ondan. Deyirlər ki, aralarında intim münasibət yaşanıb. Oqtayla intim münasibətim olub, olmayıb, özüm bilərəm, öz şəxsi işimdir. Utanmır camaat? Ayıb deyil? Mən məgər o qədər səviyyəsiz qadınam? Oqtayın gül kimi ailəsi var. Ailəvi dostuq, elə söhbət ola bilməz".
Geri qayıt