DataLife Engine > Şou, BLOK XƏBƏR > Elnur “Eurovision”da Azərbaycanı təmsil edəcək?-

Elnur “Eurovision”da Azərbaycanı təmsil edəcək?-


10-03-2015, 10:57. Yerləşdirdi: Tural Elnur “Eurovision”da Azərbaycanı təmsil edəcək?-
İctimai Televiziya müğənni Nura Surinin bu il “Eurovision”da Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyi haqda verdiyi açıqlamaya münasibət bildirib.


“Qafqazinfo”ya İTV-dən verilən məlumata görə, müğənninin açıqlaması həqiqətə uyğun deyil:

“Elnur Hüseynovun “Eurovision”da Azərbaycanı təmsil etməsi təsdiq olunmayıb. Nura Suri doğru məlumat verməyib. Hələ ki, müsabiqəyə kimin gedəcəyi məlum deyil”.

Qeyd edək ki, müğənni “Gün üzü” verilişində Elnur Hüseynovun “Eurovision”da Azərbaycanı təmsil etməsinin artıq təsdiqləndiyini bildirib.
Geri qayıt