» » "Başqasının yoldaşı ilə gəzən döyülər də, söyülər də..." -

"Başqasının yoldaşı ilə gəzən döyülər də, söyülər də..." - Xalq artisti

Bölmə: Şou
"Başqasının yoldaşı ilə gəzən döyülər də, söyülər də..." - Xalq artisti İlhamə Quliyeva “5/5” verilişinin qonağı olub
Xalqinfo.az axşam.az-a istinadən xəbər verir ki, şou-biznesdən, “at oynadanlardan” danışan müğənni hər kəsə xəbərdarlıq edib:

“At üstündə bir nəfər oturar. O da Koroğlu. Koroğlu isə mənəm. Atımın üstündə oturmuşam. O at üstə oturmaq istəyənlərə mən “kor kişinin övladı” deyirəm. Onlar mənim qarşımda belə bir şərəfə layiq deyillər. Qabağımda heç kim at oynada bilməz, yerlərini bilsinlər.

Bu şou-biznesdə nömrə bir məndən sonra gəlir. Deyirlər, hamısı İlhamə Quliyevadan qorxur. Xeyr, sadəcə, mənə hörmət edirlər. Efirdən mənfi mesaj göndərəndə müğənnilərin çoxu özünü sığortalayır, mənə zəng edirlər. Deyirlər, yuxuda görmüşdük, siz kraliçasınız, baş tacısınız. Mən gözəl xanımam, çirkin deyiləm. Mənə baxanda insanlar yaşamaq istəyirlər. Ona görə də yaşayıram və yaşadıram”.

İ.Quliyeva “Bir dəfə demisiniz ki, müğənnilərdən birinin ticarət mərkəzində şinyonu düşüb” sözlərinə isə belə cavab verib:

“Şinyonu elə-belə düşməyib. Bir dəfə ticarət mərkəzində bir müğənnini başqasının həyat yoldaşı ilə gördüm. Onu orada döydülər, sürüdülər, şinyonu da ona görə düşdü. Başqasının yoldaşı ilə gəzən döyülər də, söyülər də”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler