Arif Quliyev: "10 il əvvəl bir xanıma vurulmuşdum"

Bölmə: Şou
Arif Quliyev:Xalq artisti Arif Quliyev “Bəyin oğurlanması” filmində “Salam-sağ ol” epizodu ilə tanınan aktrisa Naibə Əlibəyova ilə 30 ildən çoxdur ki, dostluq edir.

Xalqinfo.az axsam.az-a istinadən xəbər verir ki, “Space” telekanalında yayımlanan “Günaydın” verilişinin qonağı olan aktyor 10 il əvvəl aktrisa ilə bölüşdüyü və heç kimin indiyədək bilmədiyi sirrini açıqlayıb. Belə ki, o, illər əvvəl bir xanıma vurulduğunu, bundan isə həyat yoldaşının xəbəri olmadığını deyib:

“İnsan evdə xanımına, oğluna, qızına deyə bilmədiyi sirri bəzən ürək dostuna açır. Biz Naibə xanımla Musiqili Komediya Teatrında işləyəndən dostluq edirik. Evdə bəzi şeyləri demirəm. 10 il bundan əvvəl rayona getmişdim. Orada bir xanımı görüb, ona vurulmuşdum. Sevməyə başlamışdım və gördüm ki, qeyri-ixtiyari evə getmək istəmirəm. 3 gün rayonda qaldım. Evdə yalandan dedim ki, qastroldayam. Bu sirrimi Naibə xanıma açdım. O da həmin qadınla tanış olub söhbət etdikdən sonra mənə dedi ki, səhv başa düşmüsən, xanımın sənə qarşı hər hansı bir hissi yoxdur”.

Xalq artisti aparıcının “Arif müəllim, axı indi dediklərinizi xanımınız eşidəcək” sözlərinə aktyor zarafatla cavab verib:

“Evimdə təmir gedir, televizor işləmir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler