» » "Yaşlandıqca ütülənməmiş paltara oxşayır""

"Yaşlandıqca ütülənməmiş paltara oxşayır""

Bölmə: Şou
"Yaşlandıqca ütülənməmiş paltara oxşayır""Əməkdar artist Sənubər İsgəndərli xanımlara gözəllik məsləhəti verib
Xalqinfo.az axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan aktrisa gözəl görünmək üçün çox pul xərcləmədiyini deyib:

“Hər zaman mənə sual verirlər ki, gözəlliyinizin sirri nədir? Bunun üçün mən çox pul xərcləmirəm. Xanımların “yaxşı görünmək üçün, pul lazımdır” fikirləri yanlışdır. İnterneti açırsan, hər cür məlumat var. Gözəlliklə bağlı hər formada reseptlər yazılıb. Əgər zövqün yoxdursa, geyim məsləhətlərinə bax. Yetər ki, xanımda həvəs olsun. Ən əsası isə sadə olmaq lazımdır. Artıq amillər göz qamaşdırır, yorur”.

S.İsgəndərli plastik əməliyyatlarından da danışıb:

"Mən də plastik əməliyyat etdirmişəm. Bəziləri çıxıb efirdə buna pis baxdığını deyir. Amma o sözü söyləyən xanım yaşlandıqca ütülənməmiş paltara oxşayır. Səhnə gözəllik tələb edir. Estetik əməliyyat qınanmamalıdır. Efirə çıxan adam gözəl görünməlidir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler