» » “Şər atır, onu Allaha tapşırıram” - Kərimdən arvadının iddialarına cavab

“Şər atır, onu Allaha tapşırıram” - Kərimdən arvadının iddialarına cavab

Bölmə: Şou, BLOK XƏBƏR
“Şər atır, onu Allaha tapşırıram” - Kərimdən arvadının iddialarına cavab
Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim həyat yoldaşı Canananın iddialarına cavab verib.

Musavat.com “axşam.az”a istinadən xəbər verir ki, Kərim “MTV Azərbaycan”a açıqlamasında Canananın ona şər atdığını deyib:

“Uşaqlarımın anasıdır. Onun haqqında heç nə demirəm. Əsəbi olub, nə edib, şantaj edib... Allahı bilər, özü bilər. Qoy danışsın. Yenə də mən o uşaqların atasıyam və arxasında dayanmışam. Məcbur deyiləm ki, jurnalistlərə açıqlama verim.

Bunun hüquqi yolu var. Başqa istiqamətdən yanaşmaq lazımdır. Mətbuatda yayılmağının səbəbkarı da özüdür. Bunu yaxşı qarşılamıram. Zənnimcə, bu belə olmalı deyildi. Normal adam belə etməz. Mənim artıq 3 övladım var. Şükür ki, hamı bilir kim necədir. Allah köməyi olsun . Sadəcə, olaraq uşaqlarıma gözəl ana olmağını arzu edirəm. Mən də ata kimi onların arxasındayam.

Çox məyus olmuşuq. Hamı mətbuatda yazır ki, ona işgəncə vermişəm.

Canananı sevəndə 16 yaşım var idi. Sevərək evləndik. Neçə illərdir məni tanıyır. Bizim birinci övladımız olanda məni tanımadı? Döyürdüm onu? İkinci uşağımız dünyaya gəldi. Pis adam idimsə, döyüb işgəncə verirdimsə, boşanardı. Niyə boşanmadı?

Onun hazırda 42 yaşı var. Yaraşamır elə anaya bu hərəkətlər. Qadınım olub. Uşaqlarımın anasıdır. Allah can sağlığı versin. Onu Allaha tapşırmışam. Sən nə etsən də uşaqların atası mənəm. Nənələri də Mətanət xanımdır. Onlara heç kim dayaq olmayacaq. O, bizi gözdən salmaq istəyir. Uşaqlar böyüyəndə sənə deyəcəklər ki, atamıza niyə belə etdin? İstəmərəm ki, uşaqlarım təsir altında böyüsünlər. Nə böhtan, şər atır atsın. Sadəcə, olaraq gözəl ana olsun, mən də işləyim övladlarıma baxım. Bunu da zaman göstərəcək”.

Qeyd edək ki, Canana Kərimin onu və övladlarını döydüyünü bildirib. Cütlük ötən il ayrılıb. Canana Kərimin onlara heç bir maddi yardım etmədiyini söyləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler