Elnarə Abdullayeva bölməyə aparıldı - DİN-dən açıqlamaBölmə: Şou
Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib. Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb. Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb. *** Daxili İşlər Nazirliyinin mətbuat xidməti müğənni Elnarə Abdullayevanın karantin qaydasını pozması barədə yayılan məlumatları təsdiqləyib. Nazirlikdən Axar.az-a bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən müğənniyə protokol tətbiq edilib. Həmçinin DİN Elnarə Abdullayevanın saxlanılması ilə bağlı xəbəri təkzib edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|