» » Xalq artisti göz yaşı tökdü:

Xalq artisti göz yaşı tökdü: "Ailə qurmadığım üçün özümü bağışlamıram"

Bölmə: Şou
Xalq artisti göz yaşı tökdü:Onu Azərbaycanın estrada səhnəsinin əfsanəvi müğənnisi adlandırır çoxları. Sənətinə uzun müddət fasilə versə də, tamaşaçıların yaddaşında buraxdığı silinməz iz onu səhnəyə qayıdan gün yenidən populyarlaşdırdı. "Ay ellər", " Sənsən həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi ifalarından sonra oxuduğu "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" kimi mahnıları da hitə çevrildi. Səhnəyə ikinci dəfə qayıdışı ilə onu sevənlərə hədsiz sevinc bəxş edən müğənni bir müddətdir ki, yenidən efirlərdən uzaq düşüb. Yəqin ki, çoxunuz söhbətin kimdən getdiyini anladınız. Atvxeber.az-ın müsahibi xalq artisti Nisə Qasımovadır.Xalqinfo.az həmin müsahibəni təqdim edir.

- Nisə xanım niyə efirlərdə az-az görünürsünüz?

- Mən efirlərdə tez-tez də görünə bilərəm, amma aktual mövzular olanda iştirak etmək şərti ilə. Özümü hansı verilişdə görürəmsə, o verilişə də qonaq gedirəm. Amma hansı verilişdə ki, gedib müqəvva kimi oturacağamsa, mən yaşda, mən təcrübədə müğənni niyə o verilişə getsin ki. Əgər aparıcılar tərəfindən özümə hörmət görürəmsə, gedirəm. Əksini görsəm, bir dəfə gedirəm, ikinci dəfə isə təklifi qəbul etmirəm. Sözüm kəsilirsə, məndən əvvəl kimsə mövzunu açıqlayırsa, bu xoş olmur.

- Aparıcılara qarşı tələbinizdən söz açdınız. Bəs biz sizi yenidən aparıcı qismində görə biləyəcəkmi?

- Fikrim var. Mütləq telekanal rəhbərliyinə müraciət edəcəyəm. Qismətdirsə, olacaq.

- Yəni fikriniz var...

- Bilirsinizmi, aparıcıda bir şarm, işıq olmalıdır, əlhəmdülillah, 40 ildir ki, mən o işığı özümdə gəzdirirəm. Və bu işığı tamaşaçılarımla da bölüşmək istəyirəm. Aparıcı gündəlik maariflənməli, səmimi və verilişi psixolojı baxımdan idarə edə bilən bir seçilmiş olmalıdır. Hər müğənnidən aparıcı olmaz. Elə müğənni var ki, sənət yoldaşımdır, qadın kimi çox gözəldir, xətri də əzizdir mənə. Amma vallah, onda aparıcılıq alınmır.

- “Sevinsin dostlarım, mən yenə qayıtdım”... Bəs sevinməyənlər kimlər idi?

- Min nəfərdən bir nəfər ola bilərdi. Mən Moskvadan Azərbaycana dönəndə hər kəs mənə xoş gəlmisən deyirdi, sevinirdilər.

- Guya heç olmayıb yolunuza daş qoyanlar, sevinməyənlər ki, vay, Nisə xanım yenidən qayıtdı?

- Əfruzə, yaxşı, düzünü deyim, niyə olmayıb ki? Əgər mənim yoluma daş qoyanlar olmasaydı, oxumaq istədiyim mahnılara baryerlər qoyulmasaydı, efir məkanında istədiyim mövzuların müzakirəsində iştirakıma icazə verilsəydi, mən Nisə Qasımova yox, Bağdagül Pirverdiyeva olardım (gülür). O baryerlər və daş-qalaqlar insanı möhkəmləndirir. Mən hər işimi allaha əmanət etdim.

- Nisə xanım, bu gün sənətə gəlirlər, səhər biznes-ledi olurlar. Bəs görəsən, illərdir səhnədə külüng vuran Nisə xanımın hansı biznesi var?

- O siz deyənlər, zatən, sənətə maddiyyat üçün gəlirlər. Amma bizim adlı-sanlı müğənnilərimiz də var ki, özlərini “devçonka” oxuyan müğənnilərə oxşadırlar və sadəcə pul qazansınlar deyə bizneslə məşğul olurlar. Mən isə addım-addım irəliləyib, uğur qazanmışam. Ancaq biznes sahəmi açıqlamayaq hələlik. Pulu mən bəyənirəm, amma sevmirəm. Pulu sevsəm, insanları sevməməliyəm. Mən isə insanları sevməyi daha üstün tuturam.

- Həyatın ən böyük sınağı Nisə Qasımova üçün nə olub?

- Atamı itirməyim... Daha sonra isə qardaşlarım aralarında 5-6 ay fərq oldu ki, dünyalarını dəyişdilər. Ancaq qəbr evinə kimi məni incidəcək sınaq anamı itirməyimdir (göz yaşları süzülür). İnsanın ağlı varsa, Allahın verdiyi hər dərdə dözə bilər.

- Ən böyük peşmanlığınız nə olub?

- Ən böyük peşmanlığım müğənni olmağımdır.

- Səbəb nədir?

- Elə insanlar var ki, həddindən artıq dəyər verirsən, çıxır başına və ayaqlarını çiynindən aşağı sallayır. Və ya sən özün öz qiymətini bilirsən. Qarşındakı da, kobud deyəcəm, borcludur sənə hörmət etsin, amma o sənə hörmət etmək istəmir.

- Elə insanları necə cəzalandırırsınız?

- Onları zamanın öhdəsinə buraxıram. Bilirsiniz, məndən nə qədər halallıq istəyən şəxslər var?!

- Hər halallıq istəyənə halallıq verirsiniz?

- Hə. Mənim özümün buraxdığı səhvlərə görə özüm-özümə halallıq vermirəm. Yeganə insan özüməm ki, özümə halallıq vermirəm.

- Səbəb? O hansı səhvdir ki, Nisə xanım, özünüzə bağışlamırsınız?

- Mən vaxtında ailə qurmadığım üçün özümü halal etmirəm, özümü də bağışlamıram. Hərçənd ki, mətbuata açıqlama edəndə deyirəm ki, bu da mənim taleyimdir, qismətimdir (kədərlənir).

- Nisə xanım, heç qəlbinizi riqqətə gətirən olmayıb?

- Mən özümə qadağa qoymuşam ki, əks cinsin mənə sevgi dolu ilə baxan gözlərini görməyim, görməyəcəm də. Özüm sevə, seçə bilərəm... O da ki, kənardan-kənara... Hal-hazırda həyatımda heç kim yoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler