» » Niyamdan Mətanətə sərt sözlər:

Niyamdan Mətanətə sərt sözlər: “Bunlar düşük söhbətlərdir”

Bölmə: Şou
Niyamdan Mətanətə sərt sözlər:
Ötən gün “ATV Maqazin 10-larla” proqramında müğənnilər və keçmiş duet ortaqları Mətanət Əsədova ilə Niyam Salami arasında yaşanan qalmaqal barədə süjet yayımlanıb.

Xalqinfo.az xəbər verir ki, ikili bir-birini ittiham edib.

Niyam Mətanətlə aralarında yaşanan qalmaqalı, qarşı tərəfin reklam xatirinə görə etdiyini açıqlayıb:

“Düz söz danışırsa, üzə desin. Heç kimin üzünə deməmişəm ki, sən beləsən. Yəqin, qalmaqal istəyir. Saxta şeylər arada olur. Deyir ki, onunla münasibətim yoxdur. Buradan kiməsə ismarıc göndərdim ki, ay filankəs, mənim səninlə aram olmayıb. Bunlar düşük söhbətlərdir.

Efirdə qaraçı kimi danışa bilmərəm. Duet ifa edəndə, istər-istəməz qarşı tərəflə yaxınlaşırsan, bir yerdə çay içirsən, müsahibə verəndə can deyib, üzünə gülürsən. Mümkün deyil axı, tülkünün önündə saf ola bilməzsən. Çünki o elə biləcək ki, sən ondan da tülküsən. Mətanət qalmaqal istəyir. Qız özünə reklam axtarır”.

Əsədova isə Salamidən incik düşdüyünü belə büruzə verib:

“Niyə mən sənin üzünə şirinlik edib, aldadım? Niyamla nə alış-verişim ola bilər ki, aram da dəysin? Elə bütün günü bir yerdə olmalı deyilik ki? O da müğənnidir, mən də. Mahnıdır, oxumuşuq, vəssalam. Elə bil ki, stəkanı at yerə, sınsın. Onu yapışdıra bilərsən? Qəlb də elədir. Onu necə bağışlayım? Mən rola girə bilmirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler