» » "Ağzımdan söz qaçırtmışam" -

"Ağzımdan söz qaçırtmışam" - Xalq artisti

Bölmə: Şou
"Ağzımdan söz qaçırtmışam" - “Şan-şöhrət məni dəyişmədi”
Xalqinfo.az axşam.az-a istinadən xəbər verir ki, bunu “Onlar”a açıqlamasında xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

Müğənni gündəmdə çox olmamasını xasiyyəti ilə əlaqələndirib:

"25 ildir mən bu cürəm. Artıq buna öyrəşin, hərdən kameralardan qaçmağım gəlir. Hər şey keçicidir. İnsana insanlıq qalır. Şan-şöhrət məni dəyişmədi. Səhnədə olub, öz xasiyyətini saxlamaq çətindir. Səbrin varsa, həyatda çox şey qazanmaq olar. İnsanı yaşadan sevgidir. Söhbət yalnız iki insan arasındakı sevgidən getmir: valideynlər, dostlarım, qızım, həyat yoldaşım. Bu sevgini hiss edirəm. Mənim də çılğın vaxtlarım olub, ağzımdan söz qaçırtmışam. Amma ilk çılğınlığım elə səhnəyə gəlməyim olub. Valideynlərim mənə bunu qadağan etmişdilər. Amma nəticədə xeyir-dualarını aldım”.

Qızından danışan Z.Xanbabayeva övladının xasiyyətcə ona çox bənzədiyini bildirib:

"Qızım Dəniz məktəbə gedir. Yorulur, üstünə çox düşürəm. Bir balam var, istəyirəm, hər şeyi bilsin, öyrənsin. Qızım həddindən artıq mənə oxşayır: mənim kimi gülür, danışır, hərəkət edir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler