» » Nazəninlə Təranə Qumralın davasından yeni xəbər var

Nazəninlə Təranə Qumralın davasından yeni xəbər var

Bölmə: Şou
Nazəninlə Təranə Qumralın davasından yeni xəbər varXətai Rayon Məhkəməsində müğənni Nazənin Salayevanın həmkarı Təranə Qumrala qarşı iddia ərizəsi üzrə məhkəmə prosesi dekabrın 17-də davam etdiriləcək.

Bu barədə aznews.az-a açıqlamasında müğənni Nazəninin vəkili Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, Təranə Qumral da həmkarını qarşılıqlı olaraq məhkəməyə verdiyindən iki iş bir icraatda birləşib: “Hər iki məhkəmə dekabrın 17-də olacaq. Təranə Qumralın tələbi bizimlə eynidir. Nazənin xanım da hüquqlarının pozulduğunu iddia edir”.

A.Məmmədov məhkəmənin hansı sonluqla başa çatacağı barədə əvvəlcədən nəsə deməyin çətin olduğunu vurğulayıb.

Qeyd edək ki, iddiada Təranə İbrahimova tərəfindən Nazənin Salayevanın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayıldığı göstərilib. Eyni zamanda həmin məlumatların yalan məlumatlar kimi tanınması, məlumatların ANS telekanalı vasitəsi ilə təkzib olunması, cavabdeh Təranə İbrahimovanın üzr istəməsi və müğənni Nazəninə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi əksini tapıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler