» » Xəyaləyə maşın niyə verilmir?

Xəyaləyə maşın niyə verilmir?

Bölmə: Şou
Xəyaləyə maşın niyə verilmir?




Ötən gün “Maşın” realiti şousunun qalibi, aktrisa-aparıcı Xəyalə Quliyevaya avtomobilin verilməməsi barədə məlumatlar yayılıb. “Xalqinfo” xəbər verir ki, dedi-qoduların sürətlə yayılmasına səbəb onun “5-ci element”in kulisində realiti şou əməkdaşına “Hələ maşınımı vermirlər” deməsi olub.

Həmin video isə təsadüfən çəkilib və sosial şəbəkələrdə paylaşılıb. X. Quliyeva isə mövzu barədə instaqram səhifəsində açıqlama verib. “Maşını qazandım. Bayram günlərinə düşdü, sonra sənədləşməyə görə gecikdi. Özümün isə daha sonra başqa işlərim çıxdı. Bu səbəbdən avtomobili hələ də götürə bilməmişəm. Amma bu o demək deyil ki, maşını mənə verməyəcəklər. Özümlə əlaqə saxlamadan yalan məlumatlar dərc edirlər. Mən avtomobili götürən kimi şəklini çəkib sizinlə bölüşəcəm. Maşınla bağlı xəbəri məndən gözləyin, səhifələrdən yox”- deyə Xəyalə qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler