» » “Qorxuram ki, intihardan ölüm”- Naibə Allahverdiyeva

“Qorxuram ki, intihardan ölüm”- Naibə Allahverdiyeva

Bölmə: Şou, MANŞET
“Qorxuram ki, intihardan ölüm”- Naibə AllahverdiyevaƏməkdar artist Naibə Allahverdiyeva şəxsi həyatı və sənət fəaliyyəti ilə bağlı maraqlı müsahibə verib.

Xalqinfo.az Milli.Az-a istinadən həmin müsahibəni təqdim edir.

- Naibə xanım, oynadığınız sonuncu tamaşada sizə yaşlı xanım rolu həvalə olunmuşdu. Necə düşünürsünüz, sizcə artıq sizə daha çox enerji tələb olunan rollar verməkdən ehtiyat edirlər, yoxsa?..

- Mən istənilən rolu oynamağa hazıram. Bunu rejissorlar da yaxşı bilirlər. Yaşlı xanım rolunun verilməsinin səbəbinə gəlincə, rejissorlar bu tip rolları mənim digərlərinə nisbətdə daha yaxşı oynadığımı deyirlər. Bu, məndə yaxşı alınır.

- Sizin haqqınızda da tez-tez danışırlar. Gah deyirlər ki, gənc bir nəfərlə sevgi həyatı yaşayır, gah deyirlər ki, səhnəyə yaraşmır və s. Bütün bunların səbəbi nədir, sizcə?

- Mənim sənətdə öz gücümə qazandığım uğurları həzm edə bilmədikləri üçün deyirlər, yəqin ki. Mənim haqqımda nə qədər istəyirlərsə, qoy danışsınlar. Deməli, mən varam və o insanlara maraqlıyam. Sevgiyə qaldıqda isə, bunu deyə bilərəm ki, nə yaşlı, nə də cavan – həyatımda heç kim yoxdur. Mən müvəqqəti münasibətlərdən uzaq qaçan insanam. Belə şeylər mənə çatmır.

- Bəs indi sizə ailə qurmaq təklifi olsa və o həmin təklifi edən şəxs ürəyinizə yatsa, ailə qurarsınız?

- Niyə də olmasın?.. Tənhalıq insanı yorur. Hər bir xanımın diqqətə, qayğıya ehtiyacı var hər zaman.

- Bildiyimə görə, sizə ailə qurmaq barədə təkliflər az gəlmir. Bəs niyə hələ də onlardan birini dəyərləndirmirsiniz?

- Belə məsələlərdə tələsmək olmaz. Həm də ki, mənim özümə aid bir “sevgi dünyam” var. O “dünya”nın içərisinə daxil olan, mənim hislərimi duya bilən bir insana rast gəlməmişəm. Çətin ki, bunu kimsə bacarsın. Digər tərfədən də, kişilərə inamım yoxdur.

- Bu inamsızlıq nədən irəli gəlir ki?

- Bunun elə də xüsusi bir səbəbi yoxdur. Sadəcə olaraq, son zamanlar sevgiyə verilən “dəyər”ləri görüb bu qənaətə gəlmişəm. Onu elə bil oyuncaqlaşdırıblar.

- Bu gedişlə siz axıra qədər tək qalacaqsınız, deyəsən...

- Bundan qorxmuram. Artıq öyrəşmişəm. Amma hərdən mənə möhkəm sıxıntı gəlir. Bir də görürsən ki, gecənin bir aləmi yuxudan oyanıb fikirləşirəm ki, nə üçün mənim həyatım belə oldu? Səssizcə ağlayıram. Göz yaşlarımı heç kim görmür.

- Sizi narazı salan nədir ki?

- Ümumilikdə heç bir şeydən narazı deyiləm. Allaha çox şükür ki, bir qızım var. Özümə şərait düzəltmişəm. Qazancım olur. Allah mənim ruzimi həmişə yetirib.

- Bəs üzünüzə bağlanan “qapılar”ın hamısını aça bilmisiniz?

- Bu vaxta qədər üzümə çox “qapı”nı bağlamaq istəsələr də, Allahın köməkliyi ilə açmışam. Mənim üçün bağlı olan “qapı” yoxdur.

- Qazancdan söz düşmüşkən, bir ara el şənliklərinə də gedirdiniz. Deyəsən, son zamanlar daha getmirsiniz.

- Bəli, son vaxtlar daha məclislərə getmirəm.

- Restoranlardan ayağınızı “kəsdilər”, yoxsa özünüz “kəsdiniz”?

- (Gülür) Yox, mənimlə kimin nə işi? Sadəcə olaraq, yorulurdum. Heç çəkdiyim əziyyətə dəymirdi. Ona görə də bir müddət ara vermək qərarına gəldim.

- Gözləriniz yaman tez-tez nəmlənir... Bu nə ilə əlaqədardır?

- Gözlərim özü işıltılıdır. Amma həqiqi mənada çox kövrək bir insanam. Adi bir sözdən də qəhərlənə bilərəm.

- Onda depressiyaya da düşürsünüz, yəqin ki, zaman-zaman...

- Bəli, hətta elə məqamlar olub ki, özümü öldürmək istəmişəm. Ümumiyyətlə, mən intihara çox meylli insanam. Qorxuram ki, intihardan ölüm (gülür).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler