"Elnurdan sonra anladılar ki, Azərbaycanda sənət var"Bölmə: Şou
Ötən gün ATV-də yayımlanan “Gündəlik” verilişində “O səs Türkiyə”yə qatılaraq hər kəsi ayağa qaldıran müğənni Elnur Hüseynovun çıxışı müzakirə olunub. Xalqinfo.az axsam.az-a istinadən xəbər verir ki, aparıcı Mətanət Əliverdiyeva məsələyə münasibət bildirib: “Elnurun səsi bizə bəlli idi. Bizim üçün “vau” deyəcək bir şey yox idi, türklər şişirtdilər. Düzdür, Elnur bizim fəxrimizdir. O, türklər üçün böyük səs idi. Biz onu 2008-ci ildə “Eurovision”da eşitdik, bacarığını gördük. 2008-ci ildən biz onun səsinin haraya çatdığına bələd idik. Yəqin, türklər “Eurovision”a baxmırdılar, xəbərləri olmayıb. Sevinirəm ki, türkləri şoka saldıq”. Verilişin qonaqlarından olan müğənni Elnur Məmmədov isə sevincini belə ifadə edib: “Bu günə kimi “O səs Türkiyə”yə bir çox azərbaycanlı ifaçı çıxıb. Amma hamısı elə-belə oxuyurdu. Elnurdan sonra onlar anladılar ki, Azərbaycanda sənət var. Bizim sənətimiz elə-belə deyil”. Qeyd edək ki, “O səs Türkiyə”yə qatılan Elnur Hüseynov münsiflərdən Ebru Gündeşi seçərək, yarışmaya onun komandasında davam edəcək. |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|