» » Rəqsanə həbs edilən Təranədən yazdı -

Rəqsanə həbs edilən Təranədən yazdı - “Hanı o qardaşlar?”

Bölmə: Şou
Rəqsanə həbs edilən Təranədən yazdı -
Müğənni Rəqsanə İsmayılova küsülü olduğu prodüser Təranə Səmədovanın həbs olunması xəbərinə münasibət bildirib.

Xalqinfo.az xəbər verir ki, ifaçı münasibətləri pis olsa belə, prodüserin həbsinə görə sevinmədiyini bildirib:

“Bir neçə il əvvələ nəzər salın. Başıma gətirmədikləri oyun qalmadı. Amma bu günə kimi dözdüm. Ailəmin arxasında oldum. Nələr çəkdim, bir Allah bilir, bir də mən. Amma bu gün Təranənin bu gününə sevinmirəm. çünki balası var. Allah yenə də qapısını açsın. İradə xalaya səbr versin. Anası yaxşı insandır. Heç kimə pislik etməyin. Heç kimin çörəyini yeyib ayağının altını qazmayın. Bu gün baxıram, bəzi jurnalistlərin ürəyi yanır. Amma mənim başıma gələnləri yazıb məni insanların gözündən salırdınız. Nə olub keçdiyindən xəbəriniz yox idi. Aysunun adından “odnoklassnik” açıb Təranə nələr etmişdi.

Hanı o qardaşlar? Onlarla əlbir olub mənə nələr etdin? Əleyhimə 40 nəfər adam çıxartdız. Heç nə sübut edə bilmədiniz. Qanun da xitam verdi. Yazmaq istədiyim o qədər söz var ki... O, bu gün yaşadıqlarını vaxtilə mənə yaşadıb. Allah onun balasına və anasına görə qapısını açsın. İndiyədək bir dəfə də olsa, onun anasının, balasının adını çəkməmişəm. Çünki mən də anayam, övladlarım, anam var.

Belə bir günə sevinən gərək insan olmasın. Elə bir ürəyə sahibəm ki, yenə də onun ailəsinə kömək olaram. Çünki bilirəm heç kimi yoxdur. 1 il tez gəlib keçər, inşallah!”.

Qeyd edək ki, Təranə Səmədova insan alverində təqsirli bilinərək məhkəmə zalında həbs olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler