» » Repçi klip çəkilişi zamanı təyyarədən düşərək öldü

Repçi klip çəkilişi zamanı təyyarədən düşərək öldü

Bölmə: Şou
Repçi klip çəkilişi zamanı təyyarədən düşərək öldü
Kanadalı repçi Con Ceyms Makmürrey Britaniya Kolumbiyası əyalətində klip çəkilişi zamanı ölüb.

Xalqinfo.az "The Star" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı repçi təyyarənin qanadında tryuk göstərməyə çalışarkən balaca təyyarə həmin qanadı üstdə əyilib və pilot idarəetməni itirib.

Məlumata görə, Con düşərkən paraşütdən istifadə etməyə çalışsa da, artıq gec olub. Pilot isə sonradan təyyarənin müvazinətini bərpa etməyi bacarıb və uğurlu eniş edib.

Qeyd edək ki, Makmürrey daha əvvəl peşəkar xizəkçi olub, amma onurğa sütununun sınmasına və dabanından aldığı zədəyə görə idmanı tərk edib və musiqi karyerasını inkişaf etdirməyə başlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler