» » Bu da Elnurun "O səs Türkiyə"dəki möhtəşəm çıxışı - Video

Bu da Elnurun "O səs Türkiyə"dəki möhtəşəm çıxışı - Video

Bölmə: Şou, MANŞET
Bu da Elnurun "O səs Türkiyə"dəki möhtəşəm çıxışı - Video“O səs Türkiyə”nin bugünkü buraxılışında “Eurovision 2008”də ölkəmizi təmsil edən Elnur Hüseynov çıxış edib.

Xalqinfo.az axşam.az-a istinadən bildirir ki, Sem Smitin "Lutch" mahnısını ifa edən Elnur bütün münsif heyətini özünə tərəf döndərib.

Münsiflərin istəyi ilə daha üç mahnı oxuyan Elnur Hüseynov müğənni Sertab Ərənərin repertuarından "Aşk" mahnısı ilə günə damğasını vurub.

Bütün zalı özünə heyran edən həmyerlimiz haqqında müğənni Gökhan Özoğuz "İştirak etdiyim iki il ərzində elə yarışmaçı görməmişdim" söyləyib.

Eləcə də digər münsiflər müğənnilər Ebru Gündəş, Hadisə, Mazhar və Özkan Elnurun çıxışını indiyə qədərki ən yaxşı çıxış adlandırıblar.

"Eurovision"dakı ilk təmsilçimiz sonda Ebru Gündeşi seçib. Elnur səhnəni tərk etdikdən sonra Gökhan "Elnurun çıxışıyla bu yarışmanın reytinqi çox qalxdı" deyib.





Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler