» » “Elə sevgilər var ki, imkansızdır” -

“Elə sevgilər var ki, imkansızdır” - Bu da Natavanın klipi

Bölmə: Şou
“Elə sevgilər var ki, imkansızdır” -
Müğənni Natavan Həbibi yeni klipini təqdim edib.

Xalqinfo.az xəbər verir ki, sənətçi sözləri Orxan Mürvətliyə, musiqisi isə Fərid Kərimliyə məxsus “Qısqana-qısqana” mahnısını ekranlaşdırıb.

Klip bir neçə gündür ki, “MTV Azərbaycan” kanalında özəl olaraq yayımlanır. Bu günisə layihə Natavanın rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Bundan əlavə, Həbibi instaqram səhifəsində klipdən bir görüntü paylaşaraq belə şərh yazıb:

“Sevginin nə qədər gözəl hiss olduğunu, sevib və sevilməyin nə dərəcədə isti bir hiss olduğunu hər birimiz bilirik. Təəssüflər olsun ki, elə sevgilər var ki, onlar imkansızdır. Təqdim etdiyimiz klipdə də biz imkansız sevgidən bəhs etdik. Baş qəhrəmanın günlərin bir günü “Su pərisi” ilə qarşılaşması və ona aşiq olmasını lentə aldıq. Özünüzün də izlədiyiniz kimi bu imkansız sevgi yolunda qəhrəmanımızın mübarizə aparması və sevgisi uğrunda savaşması heç nəyi dəyişdirmirdi.

“Elə sevgilər var ki, imkansızdır” -

Təbii ki, zaman öz amansızlığından bu hekayədə də yan keçmədi. İllər ötdükdən sonra qəhrəmanımız taleyi ilə barışıb bu sevginin heç bir zaman reallaşmayacağını anlayıb “Su pərisi”ni azadlığa, onu ilk qarşılaşdığı yerə buraxıb , oradan xoş xatirələr ilə ayrılmağı seçir. Sevginizə əziyyət vermədən sahib olmağı seçin. Düzgün qərar hər zaman xoş olmaya bilər, amma doğrudan qaçmaq mümkün deyil”



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler