» » "Hamamını da İnstaqram-da göstərir, amma verilişə çəkilmir..." -

"Hamamını da İnstaqram-da göstərir, amma verilişə çəkilmir..." - Aytəkin

Bölmə: Şou
"Hamamını da İnstaqram-da göstərir, amma verilişə çəkilmir..." -
Aparıcı Aytəkin Mərdanova həmkarlarına söz atıb.

Xalqinfo.az axşam.az-a istinadən bildirir ki, o, "Evdəkilərə salam" verilişinin ideyasını bir çoxlarının oğurladığından gileylənib:

"Başqa layihələrim var idi. Amma rəhbərlik məsləhət gördü ki, "Evdəkilərə salam" qalsın. Bir də ayıldım ki, bütün kanallarda "Evdəkilərə salam"ın balaları doğulub. Hətta bir kanalda iki veriliş bizimki ilə eyni formatdadır. Qonaqları da mənimlə eyni seçirdilər. Fikirləşdim ki, belə baxımlıdırsa, davam edim. İndi gördüm ki, başqa bir kanalda da elə efir hazırlanır.

Artıq 4 ildir yayımlanırıq. Çalışıram ki, fərqli qonaqlar dəvət edim. Bu il də belə davam edəcəm. Növbəti mövsümdə dəyişiklik edəcəm. İnsanlara hər zaman tanınmışların evi, maşını, ailəsi maraqlı olub. Bir də bu il daha çox tanınmışların öz və ailə üzvlərinin özəl günündə qonaqları olmağa çalışacağıq".

Aytəkin bir çox məşhurun verilişdən imtina etməsini də deyib:

"Əlbəttə, hamı bizə razılıq vermir. Amma o, etiraz edən məşhurlar heç bizə lazım da deyil. Onların evini, itini, pişiyini, hətta hamamlarını da İnstaqramda görməkdən gözlərimiz xarab olub.

Bəzən çəkilişi başqasının evində edənlərdə var. Çox vaxt razılaşmıram. Deyirəm ki, balaca, isti yuvan villası olanlardan daha maraqlıdır. Hətta bir dəfə adını açıqlamaq istəmədiyim əməkdar artistin evində çəkiliş etdik. Balaca ev idi. Amma veriliş çox reytinq verdi".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler