» » “Pozğunluğu təbliğ etmək olar?” -

“Pozğunluğu təbliğ etmək olar?” - Nura Suri

Bölmə: Şou
“Pozğunluğu təbliğ etmək olar?” - “Azərbaycanda aparıcı qıtlığıdır? Nolub hər yerindən duran veriliş aparır. Ayıbdır! Peşəsinin mənbəyi bəlli olmayanlar bütün günü efirdədir. Belə biabırçılıq olar?”

Xalqinfo.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri “facebook”da yazıb. O, azərbaycanlı aparıcıları sərt bir şəkildə tənqid edib:

“İncəsənət Universitetinin hər il yüzlərlə tələbəsi işsiz qala-qala hərə bir tanışını seriala, filmə çəkir. Bu nə dəbdir? Bütün psixoloji xəstələri məclislərə dəvət edir, sonra da məzələnib videolarını çəkərək paylaşırlar. Mənası nədir? Məqsədiniz nədir, ay hörmətli insanlar? Ay özünə hörmət edən "jurnalistlər", siz niyə belələrini təbliğ edirsiniz? Hələ peşəkar aparıcıları demirəm...

Belələrini niyə efirə dəvət edirsiniz? Nə yapışmısınız reytinq sözündən? Bu nə bəhanədi? Belə səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir? Adamın köçüb adada yaşamağı gəlir. Bəsdirin də, zövqsüzlüyü, ağılsızlığı, pozğunluğu təbliğ etmək olar?!”


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler