» » Oksana avtomobil qəzasına düşdü

Oksana avtomobil qəzasına düşdü

Bölmə: Şou, BLOK XƏBƏR
Oksana avtomobil qəzasına düşdüYaxın günlərdə yenidən Hindistan səfərinə hazırlaşan Oksana bu gün təxminən saat 13 00 radələrində “Yeni Müsavat”ın əməkdaşları ilə görüşə gələrkən avtomobil qəzası keçirib.

Bu haqda özü musavat.com-a məlumat verib. Əvvəl rəqqasə “çatıram” mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib: “Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm”.

Daha sonra Oksana əməkdaşlarımızla yenidən əlaqə saxlayaraq xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin:

“Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsa çox narahat olacaqlar”.
Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan «Maharakshak Aryan» serialında rol alıb. Serial «India`s Best Cine Stars Ki Khoj» layihəsi gedərkən lentə alınıb. Rəqqasə bunun çoxdanki arzusu oluduğunu da bildirib: "Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler