» » "Şikəst də gəlsə, ona baxaram" -

"Şikəst də gəlsə, ona baxaram" - Elza atasından danşdı

Bölmə: Şou
"Şikəst də gəlsə, ona baxaram" -
Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar yaşanıb.

Xalqinfo.az Axşam.az-a istinadən xəbər verir ki, proqrama qonaq olan əməkdar artist Elza Seyidcahan atasından danışaraq ağlayıb.

O, proqramın aparıcısı Zaur Kamala "Atamı tapsan, sənin heykəlini qoyaram" deyib:

"Atamla anam dayıqızı, bibioğlu olublar. Atam anamdan 10 yaş böyük olub. Hazırda 83 yaşı olar. Onlar ayrılmayıb. Sadəcə o vaxt atam pul qazanmaq üçün Rusiyaya gedib və bir daha geri qayıtmayıb. Ona görə, indiki gənclərə deyirəm ki, ərinizi pul dalınca heç hara göndərməyin. Yoldaşınız harada, siz də orada olun. Biz bir ana, bir atadan 4 bacıyıq. Amma atam həmişə oğlan arzusunda olub. O, bizi atmayıb, qisməti elə olub. Atam indi şikəst kimi də qarşıma çıxsa, ona baxaram".

Aparıcı isə atasının hazırda ağır xəstə olduğunu, Rusiyaya getdiyi zaman bir xanımla ailə qurduğunu və iki oğul övladının olduğunu bildirib.

E.Seyidcahan şou yaratmaq üçün ona yalan danışdığı təqdirdə Zauru bağışlamayacağını bildirsə də, aparıcı həqiqəti söylədiyini və az sonra atasını studiyaya gətirəcəyini vurğulayıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler