» » “Atasının ölümünə səbəb Aytacdır” - Müğənninin ögey anası + Video

“Atasının ölümünə səbəb Aytacdır” - Müğənninin ögey anası + Video

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
“Atasının ölümünə səbəb Aytacdır” - Müğənninin ögey anası + VideoARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Aytac Vidadiqızı olub.

Xalqinfo.az xəbər verir ki, proqramda sənətçinin ögey anası şok iddialar səsləndirib:

“Bunlar həmişə mənim evimdə olan insanlar idi. Vidadi Bərdəli ölüb o demək deyil ki, qardaşınızı danasınız. Eyni soyadı daşıyırsız. Aytac, sən bizim evə də gəlmisən, biz yası eyni evdə vermişik. Vidadi Aytacla danışmayıb, onun oxumasına qarşı olub. Deyib ki, bir oxuyan var. Qızımın müğənni olmasını istəməyib. Aytac amma mənim əziyyətimi yerə vurub. Mənim oğlumun Aytacla danışmamasına səbəb Aytac haqqında olan söz-söhbətlər, Aytacın hərəkətləridir. Bir dəfə evdən qaçmaq söhbəti oldu. Oğlum onu yığanda başqa oğlan götürdü. Oğlum da buna əsəbiləşdi. Vüqar ilk dəfə Bakıya gələndə mən saxlamışam. Vidadi 5 il onların anası ilə danışmayıb. Mənim molla kəbinim də var. Atanın adı ilə şöhrətlənirsən, amma oğlunu saymırsan. Vidadinin ölməyinə səbəb sən Aytac olmusan”.

Qardaşları ilə birgə efirə gələn Aytac, ögey anası tərəfindən səsləndirilən fikirlərdən təngə gəldiyini bildirərək bu məsələyə son qoymaq istədiyini bildirib:

“Xanım çox emossional danışır. Baxan deyər ki, yazıqdır. Amma o, bizim ailəmizə zülmlər verib. Sən deyildin, bizim balkona daşlar atan? Atamı anamdan ayırmaq istəyirdin. Tuncay zəng edəndə telefonu yoldaşım götürüb. Mənim haqqımda nə şayiə ola bilər ki? Ürəyin nə qədər istəyir danış”.
Daha sonra Aytacın efirə bağlanan doğma anası Aygün Heybətova müğənninin ögey anasına belə cavab verib:

“O qadın o qədər yalan danışır ki... Vidadi o qadına görə Bakıdan köçmək istəyirdi. O qadın xatırlasın ki, Vidadi onla harada tanış olub. Zəli kimi yapışıb qalıb. Vidadinin sevdiyi qadın olsaydı, mən geri çəkilərdim. Vüqarın "metirka"sını oğurlayıb vermədi. O uşaqdan nə istəyirsən?”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler